Bu gün:


Bakıdakı məşhur məktəbdə dava

Tarix: 30.09.2021 / 10:37  •   Oxundu: 226 dəfə  •  

Bakıda “Landau School” özəl məktəbin həyətində dava düşüb.

İDEAL Media.az xəbər verir ki, görüntülərdə məktəbin mühafizəçisi ilə valideynlərdən birinin əlbəyaxa dava etdiyi görünür. Hadisə “Landau School”un Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən filialında baş verib.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan videogörüntülərdən məlumatlıdırlar: “Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.