Bu gün:


Polis arvadına 15 dəfə atəş açıbmış

Tarix: 01.10.2021 / 10:45  •   Oxundu: 160 dəfə  •  

Xəbər verdiyimiz kimi, Bakıda polis ondan şikayətçi olan həyat yoldaşını güllələyərək öldürüb.

İDEAL Media.az xəbər verir ki, ağır cinayət ötən gün səhər saatlarında paytaxtın Nizami rayonu, 24-cü Polis Şöbəsində qeydə alınıb.

Hadisəni törədən İsmayıl Məmmədov Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı olub.

İsmayıl Məmmədov xidməti avtomobillə dərhal şöbəyə gəlib və həyat yoldaşının təhqiqatçının otağında olduğunu görüb.

Məlumata görə, İsmayıl Məmmədov 26 yaşlı Xanım Məmmədovanı 2 azyaşlı uşağının gözü qarşısında güllələyib. İ.Məmmədov həyat yoldaşına 15 dəfə atəş açıb. Qadın hadisə yerində keçinib.

Mərhumun xalası Nəsibə Məmmədova iddia edir ki, İsmayıl həyat yoldaşını qısqandığından ailədə tez-tez söz-söhbət olurmuş.

Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin ''xüsusi amansızlıqla qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb.
İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.