Həmkarları Səyyad Əlizadə ilə vidalaşmağa gəlmədi
Tarix: 01.10.2021 / 12:04 •
Oxundu: 102 dəfə •
Koronavirusdan vəfat edən müğənni Səyyad Əlizadənin nəşi dəfn olunmaq üçün 1 saylı Kliniki Tibbi Mərkəzin moqundan doğulduğu Füzuli rayonunun Babı kəndinə yola salınıb.
İfaçı ilə vidalaşmaq üçün sənət yoldaşlarından yalnız əməkdar artist Yusif Mustafayev xəstəxanaya gəlib.
Onun sözlərinə görə, mərhum ifaçının həmkarlarından bir neçəsi gecə saatlarında xəbəri eşitdikdən sonra 1 saylı Kliniki Tibbi Mərkəzə toplaşıblar.
Həmkarı ilə vidalaşan Y.Mustafayev Səyyad Əlizadənin hər zaman dostcanlı, mərd biri kimi xatirələrdə qalacağını deyib: "Səyyadın sağalması üçün qurbanlar demişdik. Amma Səyyad getdi. Ümumiyyətlə koronavirusdan korifeylərimiz dünyasını dəyişdi".