Bu gün:


Nazim İdeal: Yol mədəniyyətsizliyindən keçid edilməlidir!

Tarix: 03.10.2021 / 11:05  •   Oxundu: 98 dəfə  •  

Dövlət vəsaitini,Xalqın haqqını və sərvətini talamayan məmur hökumətdə təmsil edilə bilməz!

Bakı Şəhəri, Yusif Səfərov küçəsində yaşayan cəmiyyət onlara qarşı yol mədəniyyəti,asfalt və keçidyeyən  korrupsioner məəmırrlardan şikayətçidir.
Məktəbə,parka,marketə və.s,getmək zorunda qalan vətəndaş ən yaxşı halda 3 km yolu şövq-təbii qət etməlidir.

Çün ki,vətəndaşların keçid haqlarıda kaşalot-korrupsioner məmurlar tərəfindən həzm rabedən keçirilib.

Bilinsin ki,Yusif Səfərov küçəsində Ali Məhkəmə,Bakı Baş Polis İdarəsi,Azəriqaz,MTN-in Kristalı,Lotozu,Respublika doğum evi,Əfəndiyev adına xəstəxana, Leyla Şıxlınski adına xəstəxana,Sevgililər Parkı və.s, yerləşir.

Dövlətə,Xalqa olan sevgisi rüşvət çəlləyində analoqsuz performans göstərməkdə davam edən sivilizasiyasız zombilər bu barədə ciddi-ciddi düşünməli və xalqın yolundan oğurladıqları keçid mədəniyyəti haqlarını qaytarmalıdır.

Bəlkəm də yolyeyən həmən korrupsionerlərin ailə üzvüləri yolu keçərkən tryuk göstərir,salto vurur,adrenalin yaşayırlar.

Lakin,bu ünvanda yaşayan cəmiyyətin yaşamaq şövqü sıfırla birin arasında olduğundan özlərində təkcə rahat yolu keçmək taqətləri qalmışdır.

Yusif Səfərov küçəsindəki,Azərbaycan-İran sərhədləri açılsın və 3 km-lik magistral yoldan oğurlanmış  keçidlər bərpa edilsin!