Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri Polad Həşimovun ailəsini ziyarət etdilər
Tarix: 05.10.2021 / 13:24 •
Oxundu: 93 dəfə •
Türkiyənin Azərbaycana təyin olunmuş səfiri cənab Cahid Bağcı Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimovanı ziyarət edib.
İDEAL Media.az xəbər verir ki, ziyarətçilər arasında həmçinin, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi general-polkovnik Zəkəriyyə Yalçın, Quru Qoşunları atteşesi polkovnik Koray Quşçuoğlu, daxili işlər üzrə müşavirlər general-polkovnik Nuri Öztürk və Mustafa Çakır, dini işlər üzrə müşavir Zeki Yavuzyılmaz da yer alıblar.
Milli Qəhrəmanın şücaəti, 44 günlük Vətən müharibəsi ətrafında dəyərli söhbətlər aparılıb. Sonda isə Səmaya Həşimovaya Azərbaycan və Türkiyə qardaşlığını əks etdirən simvolik hədiyyə təqdim olunub və xatirə rəsmi çəkdirilib