Bu gün:


Makrona “Osmanlı tokatı”: “İşğalçı sizsiniz, türklər yox”

Tarix: 12.10.2021 / 13:04  •   Oxundu: 153 dəfə  •  

Əlcəzair Alimlər Birliyinin başçısı Əbdürrəzaq Qasım Fransa Prezidenti Emmanuel Makronun Osmanlı dövləti ilə bağlı ittihamlarına cavab verib.
 
O, osmanlıların Əlcəzairə müstəmləkəçi və işğalçı olaraq gəlmədiklərini, əksinə, əlcəzairlilər tərəfindən ispanların hücumlarına qarşı mübarizə üçün dəvət edildiklərini bildirib.
 
“Osmanlılar Əlcəzairə müstəmləkəçi və işğalçı olaraq gəlmədilər, əksinə, ispanların Səlib yürüşlərinə qarşı əlcəzairlərin dəvəti ilə gəldilər. Buna görə də Osmanlını qırğın və barbarlıqda günahlandırmaq doğru deyil. Osmanlı dövründə əlcəzairlilər həyatlarından məmnun idilər, türklər onların sərvətlərini talan etmədilər”, - Qasım bildirib.
 
Osmanlının Əlcəzairdə öz dilini zorla yaymadığını bildirən Əbdürrəzaq Qasım türk imperiyasının bu ölkədəki yerli xalqın dininə, dilinə və inancına müdaxilə etmədiyini diqqətə çatdırıb.
 
O, Əlcəzairdəki müstəmləkəçilik, səfalət, işğal və şiddətin mənbəyinin Osmanlı yox, Fransa olduğunu deyib.
 
Qasım Əlcəzair hökumətini Fransa şirkətləri ilə ticarət əlaqələrinə son qoymağa çağırıb.
 
Fransa Prezidenti Makronun oktyabrın 2-də Əlcəzair əleyhinə ittihamçı açıqlamaları iki ölkə arasındakı gərginliyi artırıb. Fransa lideri açıqlamasında Osmanlını Əlcəzairdə “müstəmləkəçilik”də ittiham edib. Bundan sonra Əlcəzair Fransadakı səfirini geri çağırıb. Makronun açıqlamasına sərt reaksiya verən Əlcəzair Prezidenti Əbdülməcid Təbbun onu sayğılı olmağa çağırıb.