Bu gün:


Türkiyə onları təmizləməlidir...

Tarix: 13.10.2021 / 09:50  •   Oxundu: 88 dəfə  •  

2023-cü ilə doğru gedərkən cəmiyyətdə sosial travma yaratmadan dövlət aparatı FETÖ-dan təmizlənməlidir.

İDEAL Media.az xəbər verir ki, bunu türkiyəli ehtiyatda olan kontr-admiral Cihad Yaycı deyib.

C.Yaycı xüsusilə dövlətin "naməhrəm xidmətlər" adlandırdığı qurumların tolerantlığa yer verilməyəcək şəkildə FETÖ-çulardan təmizlənməli olduğunu söyləyib.

O, Silahlı Qüvvələr, məhkəmə, polis, kəşfiyyat sistemində hələ də FETÖ-çuların olduğunu iddia edib:
"Dövlət aparatının ən kritik uzantıları olan bu orqanların təmizlənməsi paltaryuyan maşın kimi işləyəcək və zamanla ölkənin qalan hissəsini də onlardan təmizləyəcək".