Bu gün:


Selçuk Bayraktar atasından yazdı

Tarix: 18.10.2021 / 16:21  •   Oxundu: 121 dəfə  •  

Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlcuq Bayraktar bu gün vəfat edən atası Özdəmir Bayraktardan yazıb.
Selçuk Bayraktarın atası dünyasını dəyişdi.

İDEAL Media.az xəbər verir ki, S.Bayraktar Tvitterdə paylaşımında yazıb:

“Atam, canım, dostum, rəhbərim, mübarizə yoldaşım Allahın rəhmətinə qovuşdu. Canını, qanını, həyatını, sağlamlığını və varlığını millətimizin tam müstəqillik mübarizəsinə həsr etdi. Ondan gəldik, ona dönəcəyik”.

Xatırladaq ki, Özdemir Bayraktar 72 yaşında xərçəngdən vəfat edib. O, sabah Fatih məscidində təşkil olunacaq yas mərasimindən sonra İstanbulda dəfn olunacaq.