Nazim İdeal: Xəyanətin Cəmilə Musayeva ünvanı
Tarix: 19.10.2021 / 14:23 •
Oxundu: 1 752 dəfə •
Ölkə cəngəllik qanunları ilə idarə olunduğundan, qanun və hüquq sifarişlə rüşvət qəbristanlığında basdırıldığından Vətəndaş qarşılaşdığı istənilən problem və haqsızlıqdan qurtulmaqdan ötrü düşündüyü,ağlına gələn ilk şey bu olur:"adam tapmaq".": (San ki, cunquliya meşəsindəsən) və əmindir ki, rüşvət vermək üçün adam və ya calaqçı tapmasa işi uğursuzluqla yekunlaşacaq.
Dövləti obyekt kimi idarə edən konsentrik dairələr öz hüquqlarını müdafiə edən, dilsiz şeytana çevrilməyib haqqı deyən Vətəndaşı özünə düşmən bilir və onu qaralamaq uğrunda bütün mənfur niyyətlərini icra etməyə müntəzir olur.
18 Oktyabr 2021-ci yıl.
2(006)-3/23-2021 saylı iş üzrə...
Bakı Şəhəri,Nəsimi Rayon Məhkəməsi.
Hakim Musayeva Cəmilə Ceyhun qızı...
Xanım Musayeva Dövlətin Hüquq sistemini və siyasətini şəxsi korporativ maraqlarına fəda edərək uzun süründürməçiliklərdən sonra aşkar və təkzibolunmaz faktları gorbagor edərək despotizm fəlsəfəsi üzrə absurd qətnamənin müəllifinə çevrilmişdi.
Bu gün nümayəndəsi olduğum iş üzrə "hakim statusunda" vurnuxan şərin Cəmiləsi qanunları,aşkar cinayət faktlarını deyil, ehtimal-mülahizə-tövsiyyələri özünə president seçərək absurd və blef qətnamənin icraçısı olaraq tarixin zibilxana sakininə çevrilməyi tərciyə etdi.
Düşünün!?
Mülkiyyət sahibinin xəbəri və razılığı olmadan dələduz şəbəkə korporativ maraqları naminə Vətəndaşın Dövlət tərəfindən tanınmalı və qorunmalı hüquqlarını deformasiyaya uğradaraq mənzilini özününküləşdirmişdir.
Qanunları oxumayan,oxuyubsa başa düşməyən,başa düşübsə də düz başa düşməyən və ən əsası əynindəki mantiyanın mahiyyətini motel mantiyası ilə səhv salmış Cəmilələr unutmamalıdır ki, Ali və Konstitusiya Məhkəməsi Plenumunun qərarları Qanunçuluq üzərində dominant deyil,tövsiyyə xarakterlidir.
Nümayəndəsi olduğum Şəxs sübut və sübut edir ki, onun xəbəri və razılığı olmadan əmlakı hərraca çıxarılmış və dələduz şəbəkənin istək və arzularına uyğun olaraq özgəninkiləşdirilmişdir.
Nəsimi Rayon Məhkəməsinin haykimi Cəmilə Musayeva isə Hüquqi Dövlətin mahiyyətinə, İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının fundamental prinsiplərinə bumeranq effekti sərgiləyərək ədalətin bərqərar olunacağı ünvanın xəyanət yuvası,məhkəmənin məzhəkə olduğunu ənənəvi olaraq ratifikasiya etmişdir.
Onun absurd qərarının tezliklə ləğv ediləcəyinə şübhə etməsəm də, bu cür adamların məhkəmə sisteminə hansı üsul-vasitələrlə salındığı çox şübhəlidir.