AMEA əməkdaşları işdə yatmaqdan ötrü yorğan-döşək üçün müsabiqəyə baş vurub?
Tarix: 21.10.2021 / 19:42 •
Oxundu: 115 dəfə •
Azərbaycan Milli Elmlər Akademiyası "Dövlət satınalmaları" üzrə www.entender.az portalında sayı 15-dən artıq kotirovka sorğusu elan edib. Bu sorğunun əksəriyyəti divan, kreslo, kağız-qələm kimi dəftərxana ləvazimatları ilə bağlıdır. Uzaqdan baxanda insana elə gəlir ki, bu çoxmərtəbəli, gözəl fasadı olan tarixi binanın içindəki ağsaqqal, eynəkli-qalstuklu adamlar ciddi işlərlə məşğuldur: yuxudan durub tələm-tələsik səhər yeməklərini ala-yarımçıq yeyərək elm məbədinə ona görə tələsirlər ki, cəmiyyətə, dövlətə hansısa elmi töhfə versinlər, xalqın güzərananı yaxşılaşdıran səmərəli təklif irəli sürsünlər. Amma yaxınlaşıb içəri daxil olanda görürsən ki, hərəsi bir stolun arxasında əyləşib sovet illərindəki hünərlərindən danışırlar.
Sanki hazırkı dövrdə onların elm meydanında əl-qol açmalarına nə isə mane olur. Əslində bilməlisiniz ki, atına minə bilməyən Molla Nəsrəddin demişkən, "elə cavanlıqda da bir şey deyildiniz".
İndi həmin kotirovka sorğusunun məzmununa baxanda bircə dənə yorğan-döşəyin əskik olduğunu görmək olar. Stəkan-nəlbəki, qab-qaşıq, divan-kreslonu rahat oturub, dursunlar və "ağır" iş günlərini birtəhər başa vursunlar.
Azərbaycan Milli Elmlər Akademiyası dövlət büdcəsindən hər cür dəstək alır. İstər maddi-texniki baza olsun, istər beynəlxalq layihələr və qrantlar olsun, qapıları taybatay üzlərinə açılıb. Amma istifadə edə bilmirlər. İndi deyəcəyik niyəsini.
Azərbaycan Milli Elmlər Akademiyası Kibernetika İnstitutu bütün beynəlxalq donorlardan istifadə edib onların elmin inkiişafı üçün ayırdığı güzəşt layihələrinə qoşulub. Bu layihələrdən biri də yüksəksürətli internet zolağı, pulsuz data hostinqlər, o cümlədən limitsiz bulud texnologiyasıdır. Bunların hamısı pulsuzdur. Təkcə qalır istifadə etmək.
Özünü Bakı Slavyan Universitetinin nəhayət ki, üzə çıxarıla bilən rüşvətxor sabiq şöbə müdiri Dürdanə Əliyevanın yaxın silahdaşı Vəfa Allahverdiyevayanın dissertasiyasında təriflətmə prosesinə başı qarşıan Ramiz Mehdiyev bir dəfə də maraqlanmayıb ki, nə üçün onun rəhbərlik etdiyi belə mötəbər qurum elektron hökumət portalına qoşulmayıb? Qoşulmaq bir kənara dursun, bazası Rusiyada yerləşən və ordakı ermənilərin idarə etdiyi iddia olunan elektron poçtlarından istifadə etməyə qadağan qoyulmur?

Amma akademik bilir ki, onun rəhbərlik etdiyi qurumda elmin quru adından başqa heç nə yoxdur, yəni hakerlər AMEA-nın bazasına daxil olsalar orada hər hansı bir elmi ixtiranın patentinin oğurlanmayacağına əmindirlər. Uzaqbaşı Vəfa Allahverdiyevanın akademik Ramiz Mehdiyevi Azərbaycanın ulu öndəri səviyyəsinə qaldırdığı dissertasiyanı tapa bilərlər. Çünki bu dissertasiyanın artıq elmlər doktoru səviyyəsində ikinci hissəsi yazdrılmağa hazırdır.
Rüfət Kamil