Nazim İdeal: İnsan nümunələri heyvan təfəkkürlülərinin yeminə çevrilməməlidir!
Tarix: 23.10.2021 / 13:32 •
Oxundu: 82 dəfə •
Bu ölkədə uğurlu kriminal filmlər heç vaxt çəkilməyib.Ona görə ki,hər tərəf xüsusilə kriminal aləmə qarşı mübarizə aparmalı olan təsisatların özü heç bir kapitala ehtiyacı olmadan həmin ünvanlara yolu düşən vətəndaşlara film nümayiş etdirməklə şok terapiya yaşadır.
Bunu dövlət təsisatlarının hamısında açıq gözlə görmək olur.
Məsələn.....
100-200 manatlıq mobil telefon oğruçusu, 30-100 manatlıq cibgir,taxi sürücüsünün gediş haqqını ödəməyənlər ibtidai ustintaq dönəmində azadlıq haqqı 3000-5000 manat təşkil etsədə, məhkəmə dönəmində qiymətlər 2-3 qat artırılır.
Tələb edilən rüşvət qaydalarını yerinə yetirməyənlər cəzanın dispozisiyasından daha artıq cəza ilə yüklü edilirlər.
Eyni zamanda dövlət əmlakını talayan korrupsionerlər,dövlət adından reketlik edən məmurlar tələb olunan rüşvəti verdikdən sonra haqlı çıxarılır, başa və bəlaya çevrilirlər.
Və sonunda C.Ç.M-ə ("islah əmək düşərgələri") göndərilirlər.
Təsadüfən, günahsız, siyasi sifarişlə və.s, həbsxanaya düşən şəxs hami qoruyucularının və sülaləsinin ailə düzənini, yaşam tərzini məhz bu cür üsullarla-narkotika, qumar, pornoqrafik filmlər hesabına saxlayanların "islah" adlı iyrənc vasitələrinin qurbanlarına çevrilirlər.
İnsanlıq nümunələri, başları mədələşmiş heyvan təfəkkürlülərin yeminə çevrilirlər.
Və son nəticədə 4/3; 3/2; 3/1 adlı CİM-nin müddəalarını alqı-satqı predmetinə çevirib azadlığa lisenziya verirlər.
Ardınca "adaptasiya" problemlərinə start verilir.
