Bu gün:


Nazim İdeal: Zalımların,alçalaraq "yüksələn" zombilərin diqqətinə

Tarix: 23.10.2021 / 18:06  •   Oxundu: 155 dəfə  •  

Əgər bir DÖVLƏT, bir Xalq  üçün  savaşmaq günahdırsa, Mən bu günahla fəxr edirəm.

Müqəddəs günahlar törətməkdən məmnunam!

Bildiyiniz kimi İDEAL 25 yıldır ki, Haqqı tapdanan bütün təbəqələr üçün "təcili yardım", ictimai vəkil rolunu oynayıb.

Bu mənada bizim ən böyük məşğuliyyətimiz haqqı pozulanlara dəstək olmaq, ədalətsizlikləri, saxtakarlıqları ifşa etmək, cəmiyyətdə maarifləndirmə işi aparmaq, hökumətdə təmsil olunan məsuliyyət hissini itirmiş bespredel məmurları məsuliyyətə dəvət etməkdir.

Hər birinizə belə günaha batmaq nəsib olsun.

Belə günahdan tövbə etməzlər.

Əslində, bu günahın müqəddəsliyi tövbə etməməkdir.

Bu gün Ölkəmizdə ən böyük savab, mübarizə günahı etməkdi.

Haqsız yerə zindana atılmışların günahına şərik olun!

Və nəhayət İDEALA  müraciət edənləri sonuna qədər müdafiə edəcəyik!

Dövlətə-Prezidentə-Xalqa bumeranq yaşadan,qisas alanlardan soruşuram?

Kədərləndiyiniz,üzüldüyünüz,dünyadan köçənləriniz, tumarladığınız baş, ağsaçlı ata-ananız yoxdurmu?, olmayıbmı?!

Şəxsi korporativ maraqlar naminə Şəhid-məhkum ailəsinə,qazilərə,hüquqsuz vətəndaşlara qarşı zalımlıqlar edənlər barəsində heç bir anti-tezis hazırlamadan demək olar ki, bunlar bir neçə etnosdan əmələ gəlmiş hibridlərdir!