Təhsil naziri yoluxma hallarını gizlətməkdə niyə maraqlıdır?
Tarix: 24.10.2021 / 17:00 •
Oxundu: 177 dəfə •
Təhsilsizlik naziri Emin Əmrullayev özünün ən yaxın dostlarını təhsil müəssisələrinə rəhbər vəzifəyə gətirməklə məktəb, cəmiyyət və ailə arasında dərin uçurum yaratmışdır. Hal-hazırda övladlarını təhsil müəssisəsinə, xəstəliyin ağuşuna göndərməyə qorxan valideynlərin şikayətlərinə Təhsil Nazirliyinin "Qaynar xətti" artıq "soyuq" cavab verir və məsuliyyəti Nazirlər Kabinetinin üzərinə atır.
Redaksiyamıza daxil olan çoxsaylı valideyn müraciətləri Saray qəsəbəsi 1 saylı orta məktəbin məsuliyyətsizliyi ilə bağlıdır. Bu dəfəki şikayətlərdə qeyd olunur ki, övladlarının təhsil aldığı yuxarı siniflər arasında yoluxma sayı kəskin şəkildə artsa da həmin siniflər hələ distant təhsilə keçirilmir.\
Bundan başqa dərs deyən müəllimlər arasında Məmmədova Əzizə, Camalova Tamilla, Musayeva Səidə, Şahbazova Ləman, Adıgözəlova Rada, Bağıyeva Gülnurə, Nəsriova Qızbəs, Məmmədova Sevinc, Mustafayeva Nailə, Bayramov Namiq, və s. müəllimlər koronavirus infeksiyasına yoluxsalar da məktəb rəhbərliyi bu prosesə barmaqarası baxır və bu məsuliyyətsizlik yoluxma hallarının qəsdən artırılması təəssüratı yaradır.
Valideynlər əsasən məktəbdə dezinfeksiya işlərinin aparılması, heç bir qoruyucu vasitələrədn istifadə olunmamasından narazıdır. Nə tibbi maskadan, nə spritdən nə də ara məsafəsinin gözlənilməsindən söhbət gedə bilməz. Siniflərdə şagirdlər yanaşı əyləşdirilir və bu onunla əsasıandırılır ki, sinif otaqları soyuq olduğuna görə, şagirdlərin nəfəsi bir-birlərini qızdıra bilsin. Bütün bunlar isə şagirdlər və müəllimlər arasında Covid-19 infeksiyasının sürətlə yayılmasına münbit şərait yaradır.
Mövzu diqqətimizdədir. Analoji problemlə bağlı digər təhsil müəssisələrinin məsuliyyətsizliyi ilə bağlı şikayətlər əsasında materiallar hazır olduqdan sonra dərc olunacqdır.
Təhsil Nazirliyinin və ona tabe olan təhsil müəssisələrinin mövqeyini dərc etməyə hazırıq.
Cavid Camal