Bu gün:


Azərbaycan ərazisində çəkiliş aparan erməni saxlanıldı və...

Tarix: 28.10.2021 / 10:11  •   Oxundu: 158 dəfə  •  

“Hazırda Azərbaycanın nəzarətində olan Gorus-Qafan yolunun Vorotan(Qubadlı ray. Urud kəndi-S.L.) hissəsində hər gün yeni nizam yaradılır. Bu yaxınlarda soydaşlarımızdan biri həmin yolu keçərkən üzərinə “Azərbaycana xoş gəlmişsiniz” yazılmış lövhənin fotosunu çəkib. Bu,  postda duran rusların və azərbaycanlıların gözündən yayınmayıb”.
 
İDEAL Media.az  xəbər verir ki, bunu 28 oktyabr səhər saatlarında  Ermənistanın “Hraparak” qəzetinin internet saytı yazıb.
 
“Ermənistan maşını saxlanılıb və foto çəkən erməniyə bildirilib ki, Azərbaycan qanunlarına əsasən  əcnəbi vətəndaşlara keçid məntəqələrində çəkiliş aparmaq qadağandır və onlar buna görə 100 min dram(təxm. 347 AZN-S.L.) məbləğində cərimə olunmalıdırlar. Danışıqlar nəticəsində kompromis əldə olunub: vətəndaş çəkdiyi fotonu silərək yoluna davam edib”- erməni nəşrinin yaydığı məlumatın ardında belə deyilir.
 
Xəbərdə o da  xatırladılır ki, İran və Ermənistana məxsus avtomobillər Gorus-Qafan yolunun Azərbaycana aid hissəsindən  hər saatda bir dəfə hərəkət edə bilir. Ona görə də avtomobillər sərhəd-keçid məntəqəsinə yığışıb keçid vaxtını gözləyirlər...