Bu gün:


Yaşayış minimumu 210 manata qaldırıldı

Tarix: 04.11.2021 / 23:34  •   Oxundu: 225 dəfə  •  

2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.
 
İDEAL Media.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.
 
Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.