Bu gün:


Dövlətə xidmət hər bir vətəndaşın qanuna tabe olmağından keçir

Tarix: 06.11.2021 / 20:23  •   Oxundu: 153 dəfə  •  

Hüquq-mühafizə orqanları, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında çalışan bəzi əməkdaşlar barəsində xəbər portallarımızda zaman-zaman tənqidlər və vətəndaş şikayətləri dərc olunmuşdur.

Bütün bunlara baxmayaraq, yaxşıya yaxşı, pisə pis demək vicdan borcumuz və ideallarımızdandır.

Bu gün yaxınlarımın dəvəti ilə Sumqayıt şəhərində məşhur alış-verişı mərkəzlərinin birində olarkən soyunub-geyinmə otağında almaq istədiyim köynəyi dəyişərkən çıxışım zəruri olduğundan oranı bir dəqiqəlik tərk etdim və geri qayıdarkən "Iphone 11" markalı mobil telefonumun yoxa çıxdığına şahid oldum. Əvvəlcə mağazada yerləşən təhlükəsizlik kameralarının görüntüsünü tələb etdim. Keçirilən baxış zamanı telefonu oğurlayan şəxsin videogörüntüləri bəlli oldu.


Ticarət Mərkəzinin əməkdaşları həmin şəxsi tanımadığından Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə müraciət etdim. Operativ əməliyyat tədbirlərinə məsul edilmiş Sumqayıt şəhər Polis İdarəsi və 3-cü Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerində oldular və lazımi zəruri addımlar atıldı.. 30 dəqiqə ərzində oğru, Zəngilan rayon sakini, 1978-ci il təvəllüdlü Muradov Heydər Valeh oğlu məsuliyyətə cəlb edilərək ifadəsi alınması üçün polis bölməsinə dəvət edildi.

Hesab edirəm ki, 2020-ci ilin avqust ayında Bakı şəhəri, Şeyx Şamil 17, mənzil 50 ünvanında baş vermiş oğurluq hadisəsi üzrə oğrular bəlli olsalar da, hələ də məsuliyyətə cəlb edilməmiş və vətəndaşa dəyən maddi və mənəvi ziyan ödənilməmişdir.
Eyni zamanda 2020-ci ilin 20 noyabr tarixində Bakı şəhəri, Nəsimi rayonu 22-ci polis bölməsinin ərazisi olaraq 28 may küçəsi 14-18 ünvanında vətəndaşa məxsus ofisin qapısı sındırılaraq 15.000 manat pul və digər əşyaların oğurlanması faktı üzrə proseslər hələ də uzadılmaqdadır və öz hüquqi həllini tapa bilmir.

İstər Səbail rayon Polis İdarəsi, istərsədə Nəsimi rayon Polis İdarəsi və 22-ci polis böıməsi,Sumqayıt şəhər Polis İdarəsi və 3-cü Polis Bölməsinin əməkdaşlarının hərəkətlərindən özlərinə örnək və nümunə götürməli və bu istiqamətdə fəaliyyət proqramlarını təkmilləşdirməlidir.
Əlbəttə ki, heç bir vətəndaş polisdən qorxmamalı, polisinə güvənməlidir və bu inamı yaradan məhz polisin özüdür.

Bütöv və qürurlu Azərbaycan naminə statusundan asılı olmayaraq, hər bir kəs dövlət qanunlarına tabe olmalı və vəzifə məsuliyyətini dərk etməklə yanaşı onu qüsursuz icra etməyə məsuldurlar.

Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev, 3-cü Polis Bölməsinin rəisi isə Xalid Günəşovdur. Bugünkü məliyyatın həyata keçirilməsində isə polis mayoru Mustafa Mustafayev və digər əməkdaşlar fəal iştirak etmişlər.

Sumqayıt şəhər Polis İdarəsi və 3-cü Polis Bölməsinin öz işlərinə peşəkar yanaşmasını və vətəndaş məmnunluğuna dəyər verdiklərindən dolayı hörmət və məmnunluğumu ifadə edirəm.

Nazim İdeal (Quliyev)