Bu gün:


Çavuşoğlu: Türkiyə Belarusa miqrant daşımır

Tarix: 11.11.2021 / 13:11  •   Oxundu: 69 dəfə  •  

Türkiyə miqrantların Belarusa daşınması ilə məşğul deyil.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu polşalı həmkarı Zbiqnev Rau ilə telefon danışığı zamanı deyib.

Türkiyəli nazir Polşa tərəfinə çatdırıb ki, rəsmi Ankara yaranmış miqrant böhranının səbəbkarlarından biri deyil, amma ölkənin adını bu məsələdə hallandırırlar. Çavuşoğlu Türkiyə və Türk Hava Yolları ilə bağlı əsassız ittihamları rədd edib.

Qeyd edək ki, Avropa Birliyi miqrant böhranı ilə bağlı Belarusa sanksiya tətbiq etmək niyyətindədir. Miqrantların daşınmasında adı hallanan Türk Hava Yolları və Rusiya "Aeroflot"una da sanksiya tətbiqi ilə bağlı müzakirələr getdiyi haqda "Blumberq" məlumat yayıb.