Nazim İdeal: Allahın verdiyi ömrü şərəflə yaşayın!
Tarix: 17.11.2021 / 11:03 •
Oxundu: 108 dəfə •
Azərbaycanda təkcə Hüquq və Qanun deyil, iqtisadi-siyasi sahələrdə də rüşvətə hamilə qalması tendensiyası pik həddədir!
Dövlət adından həyata keçirilən abırsız və ləyaqətsiz davranışlar san ki, dövlət siyasətinin tərkib hissəsi kimi hər gün gündəlik ərzaq məhsulu kimi xalqa satılmaqdadır.
Dövlət nəzarəti,məhkəmə müstəqilliyi,hüquq və qanunların mövcudluğu sıfırla bir arasında poz verir!?
Bütün hakimiyyətlərin bir dəfə istifadə-istismar edib atdıqları mövcud hökumətin şərəf-şöhrət-istiqlal-tərəqqi-vətənə xidmət bordağının üzvüləridir.
Hökumətin imic-reputasiya problemlərinə məsul edilmiş debil korrupsionerlər bunları əlbətdə ki, görə bilmir və bilməz!
Bir zamanlar qonşusunun cırıq şalvarına sahib çıxacağı günün həsrətilə "yaşayanlar" bu gün Paytaxt Bakıda küçə və prospekt sahibləridirlər.
Hərəsi 5-10 baş artisti,dubtatı,haykimi,alkaş və şenoklardan ibarət zurnalist truppası, "istiqlalçı" namus alverçisi "xalq şairi" saxlayırlar...
Tragikazusdur.
Görəsən rejimin gündəlik rejimini hansı başı boş hüdudsuz müəyyənləşdirir.
44 günlük müharibədən QALİB ayrılan QÜRURLU XALQDA rejimə qarşı sərgilənən sərhədsiz nifrət-kin-küdurətin səbəbini anlamaq,düşünmək idrakında olan neçə baş var!
Bunun səbəblərindən biri məə-mırr harınlığı,bürokratik sabotajlar, hüquqi nihilizm, ehtiyac səbətinin boş qalmasıdırsa və.s, başlıca səbəbi hər kəsin hətta doğmalarının belə söyüşlə müraciət etdikləri konçinnı şenok-miriş-eniş-təniş-səbiş-çəpişlərdən ibarət "müdafiə koalisiyası" yaratmalarıdır!
Niyə anlamırsız ki, söyüşlə və kefdən əmələ gəlmiş,çörəyi erotikada və söyüşdən çıxan ruhu satılmış maşalar və dezertirlərlə eyni katyolu paylaşırsansa fərqin yoxdur.
Könlünü,partiyasını,paç...ı, ruhunu satmışlar və bütün bunları həyat kredosu hesab edən üzdəniraqlarla eyni səngəri paylaşmaq deqeneratlıqdır,reneqatlıqdır!
Heç bir anti-tezis hazırlamadan bir nüansı diqqətinizə çatdırım:
Hazırda Xalqımızın haqlı olaraq söydüyü və hələki bəziləri dövlətdən milyonlar oğurladıqlarına görə mühakimə edilən ədədlər içərisində medalsızı,yəni hökumət adından mükafatlandırılmayanı varmı????
Yoxdur.
Hamısı medallı cibgir,oğru,quldur,teket,narkobaronlardandır!
Təkcə bunları deyil,bu ədədlər barəsində təqdimat etmiş başı boş köstəbəyi cəzalandırmaq lazımdır ki, QıF-lar yerini tanısın.
Bəli ədalətsizliklə mübarizə aparmaq təkcə nəticə əldə etmək üçün deyil, Allahın verdiyi ömrü şərəflə başa vurmaq instinkidir!
