Bu gün:


Ramiz Mehdiyev Wikipedia-nın Azərbaycan seqmentini necə inhisara alır?

Tarix: 22.11.2021 / 21:50  •   Oxundu: 240 dəfə  •  

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev illərdir Wikipedianın Azərbaycan seqmentinə rəhbərlik edən, türkçülük ideallarına bağlılığı ilə tanınan Elnur Eltürkü vəzifəsindən azad edəndən sonra bu sahəni də tamamilə inhisara alıb. Ramiz Mehdiyev indi də xoşuna gəlməyən siyasi və ictimai fəalları Wikipedianın bazasından sildirməklə, özünə yaxın admları isə oraya daxil edib adlarını "əbədiləşdirməklə" məşğuldur.

Ümumiyyətlə Prezident olmaq iddiası ilə alışıb yanan Ramiz Mehdiyevin məhz Azərbaycan Milli Elmlər Akademiyasına rəhbər vəzifə tutması, iddialara görə özünün çoxdankı Prezident adlandırılması arzusu ilə bağlıdır. Çünki dövlət strukturları içində Prezident adı məhz AMEA-da mövcuddur.
Azərbaycanda qanunları ayaq altına almasını özünə vərdiş edən Ramiz Mehdiyevin bu "prinsipi" onun şəbəkəsinə üzv olanlar arasında da geniş yayılmışdır. Bakı şəhər Səbail rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının gözləri önündə avtobusların yolunu kəsən, sərnişin dayanacaqlarına ictimai nəqliyyatın dayanmasına qəsdən mane olan 90 AA 013 dövlət nömrə nişanlı avtomobil guya "görməzlikdən" gəlirlər. Araşdırmalar zamanı məlum olub ki, 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur. Bildirilir ki, klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

O da qeyd olunur ki, Ramiz Mehdiyevin kurasiyası ilə hərəkətdə olan bütün avtomobillərə yaşıl işıq yandıran Bakı şəhər Səbail rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Allahverdiyev Anar Elxan oğludur. Dövlət İdarəsində öz himayədarından qanuni vəzifə səlahiyyətlərindən də yüksək səlahiyyətlər əldə edən Anar Allahverdiyev Ramiz Mehdiyevin adamlarının cərimələrini pozdurmaq və "zibillərini" ört-basdır etmək, onun tapşırığı ilə şəhəri kurasiya etməkdən məsuldur.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ginekoloqu Turab Canbaxışov Anar Allahverdiyevin ailəsinə göstərdiyi tibbi xidmətlər müqabilində özünün və ailə üzvləri üçün görünməmiş "imtiyazlar" əldə edir, özü isə "Wikipedia"da bir neçə cümlədən ibarət şəxsi səhifəsinin yaradılması ilə mükafatlandırılır.

"Wikipedia"nın Azərbaycanda seqmentində ona əks mövqe tutan tanınmış şəxsiyyətlərin, siyasi partiya başkanlarının və ictimai fəalların yaratdığı səhifələri pozduraraq ginekoloqların adına səhifə yaradan Ramiz Mehdiyevin bu sahəni də inhisara alması dərin təəssüf hissi doğurur.

Sofia Sofulu