Bu gün:


Ədliyyə günün mübarək, korrupsiya!

Tarix: 22.11.2021 / 22:24  •   Oxundu: 228 dəfə  •  

Bilindiyi kimi, bu gün Ədliyyə işçilərinin peşə bayramı günüdür və ədliyyə sözü "qanun", "hüquq" terminlərinin təzahürüdür. Peşə bayramı münasibətilə peşəkar ədliyyəçiləri təbrik etdiyim kimi peşəkar rüşvətxorları da unutmaq olmaz. Misal üçün, Nizami rayonu, Böyük Şor, 8-ci Köndələn qəsəbəsində 9 dəfə salto vuran həmin müəssisənin dəllalı, rəsmi dildə rəis adlandırılacaq Mail Məmmədov kimi. Bu adam dorğrudan da dövlətin strateji obyektini Kürdaxanı bazarına çevirib. Dayısı oğlu, əmisi oğlu, qardaşı özü ilə birgə işləsə də, hasar qonşusu oğlu 6 saylı CCM-də soyğunçuluqla məşğuldur. 

Mail Məmmədovun potensial xəstələri özünün vassalı, "Baş həkim" Nicat Cəlilovun vasitəsi ilə cəhənnəmə vasil etdiyi kimi ağ xələtli bacılarının ("tibb bacıları") parası və paçası hesabına nə az, nə çox, iki ədəd "Prado"-su, Kürdəxanıda əlçatmaz, ünyetməz villası, saunası fəaliyyət göstərir.

Təkcə bir nəfərdən 8 nəfərin qətlində Azərbaycan dövləti adından ittiham olunan Quliyev Şöhrət Məmməd oğlunun 15 fevral 2021-ci il tarixindən bu günə kimi ayı 5000 manat olmaqla imtiyazlı şərait qurduğu halda, digər məhkumlar ayda rəis Mail Məmmədovun, baş həkim Nicat Cəlilovun hər bir ay üçün ümumilikdə 300 manat reket pulunu ödəyə bilmədiklərindəın iki həftədən artıq saxlamamaq şərti ilə yatab etdirilir.

Təsəvvür edirsinizmi, iki aydan artıq saxlanılmaq şansı tanınmayan xroniki və potensial xəstələr tələb olunan, rüşvəti vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün sahibinə meyit kimi təhvil verdilyi halda, rüşvət və korrupsiya, Şöhrət Quliyev və buna bənzərlərlə münasibətdə şöhrət və korrupsiyanı şöhrətləndirməkdə müntəzir olur.

Çörəyi ədliyyəsizlikdən çıxan yüksək çinli başıboş hüdudsuzların diqqətinə!

Dövlət Statistika Komitəsi böyük fəxarətlə analoqsuz statistika təqdim edir cəmiyyətdə: Boşanmaların statisktakası: 97 faiz təşkil edir! Siz də eyni abırsızlaqla bəyan edin: ölənlərin sayı 98 fazi təşkil edir.

Nə olsun ki ölkədə müstəqil statistika komitəsi yoxdur. Hər halda ərazi inzibati zona üzrə məsul olan Nizami rayon prokurorluğu vardır. Təkcə 2021-ci ildə ölənlərin və ölənlərə qoyulmuş diaqnozun sayı və adı birdir: KLİNİK ÖLÜM!

Bu məqamda sözün, hüququn, qanunun işi bitmiş hesab edilir. Təbrik etməyə isə tək söz qalır: ƏDLİYYƏ GÜNÜN MÜBARƏK, KORRUPSİYA!

Rüfət Kamil