Bu gün:


Azərbaycanda polis ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

Tarix: 25.11.2021 / 13:49  •   Oxundu: 138 dəfə  •  

Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.

Hadisə Sumqayıt şəhərində qeydə alınıb.

Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.