Bu gün:


"Fantaziya" hamamının fantastik çöküşü!

Tarix: 30.11.2021 / 17:00  •   Oxundu: 325 dəfə  •  

1886-cı ildə inşa edilən “Fantaziya” hamamı tikildiyi gündən indiyədək istər xarici,istərsə də daxili memarlığı ilə görənlərin rəğbətini qazanmışdır.Dövrünün nadir sənət nümunələrindən olan bu hamam vaxtı ilə digər hamamlardan memarlığı və füsunkarlığı ilə fərqlənirdi.

Hamamın layihəsini isə şəhər idarəsinin üzvü, daha sonra isə şəhər başçısı, şəhərin ilk baş planının tərtibatçısı olmuş memar Nikolay fon der Nonne verib. 

Bu nadir memarlıq incisi 2000-ci illərdə və 2010-cu ilin əvvələrinədək fəaliyyət göstərməsinə baxmayaraq hal hazırda yararsız vəziyyətdədir və dağılmaq təhlükəsi altındadır.Dövlət tərəfindən mühafizə olunduğuna dair məlumatın olmasına baxmayaraq mühafizə olunurmuş kimi görmədik biz.

Bilmirəm şəhərdə ağaclara yer qalmadığındanmıdır yoxsa aidiyyatı qurumların gözardı etməsindənmidir hamamın divarlarında ağaclar böyüyür?

Şəhərdəki ağaclara qənim kəsilənlər bu hamamın divarlarındakı ağacları görmürlər deyəsən!

Səlahiyyətli qurumların tarixi abidələrimizə qarşı daha diqqətli olmağını tələb edirik.

Azərbaycan Respublikasının konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur !!!

Abbasova Zərintac