Bu gün:


İki ay öncə atasını, dünən isə ərini itirdi

Tarix: 01.12.2021 / 16:30  •   Oxundu: 159 dəfə  •  

Ötən gün "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları keçirən helikopterin qəzaya uğraması nəticəsində 14 nəfərin həlak olduğu, 2 nəfərin yaralandığı barədə xəbər vermişdik.

Vəfat edən hərbçilərdən biri kapitan Cavid Bayramlı olub.

1994-cü il təvəllüdlü Cavid Əhliman oğlu Bayramlı Naxçıvan Muxtar Republikasının Şahbuz rayonunda doğulub. O, ailəsi ilə birgə Yasamal rayonunda yaşayıb.

Əldə etdiyimiz məlumata görə, həyat yoldaşı Nuray 2 ay əvvəl atasını itirib.
Qeyd edək ki, Cavidlə Nuray cütlüyünün bir qız övladı var.