Bu gün:


Borrell: Ukraynaya hücuma qətiyyətlə cavab veriləcək

Tarix: 01.12.2021 / 17:38  •   Oxundu: 98 dəfə  •  

AB üçün Ukraynanın ərazi bütövlüyü və suverenliyi hər şeydən üstündür.

İDEAL Media.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrell deyib.

“Ukraynanın ərazi bütövlüyünü və suverenliyini pozmağa yönəlmiş istənilən cəhd qarşısında möhkəm və qətiyyətlə bu ölkənin yanındayıq. Ukraynaya qarşı hər hansı hücuma cavab veriləcəyini göstərmək üçün hər şey edilməlidir”, - deyə Borrell bildirib.