İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin özünə yeni aldığı BMV markalı xidməti avtomobilinə bahalı dövlət nömrə nişanı hədiyyə edilib.
10 AA 766 dövlət qeydiyyat nişanının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə hədiyyə edilməsi, zənnimizcə, dövlət strukturunda məsul vəzifə tutan məmurların özbaşınalığndan və dövlətin qanunlarını saymamazlıqdan qaynaqlanır.
Xatırladaq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Səbail Rayon Yol Polisi şöbəsinin əməkdaşı, hazırda fəaliyyətini mülki formada qeyri-rəsmi formada "kurator" adı altında davam etdirən Allahverdiyev Anar Elxan oğlu Nəsimi rayonu da daxil olmaqla "yağlı müştərilərə" "prestijli" maşın nömrələri "təşkil edib" rəsmiləşdirməklə məşğuldur.
Allahverdiyev Anar Elxan oğlunun yaxın dostu Yadigar Mahmudzadə Azərbaycan Dövlət İpoteka Fondunda məsul vəzifədə çalışdığı dövrdə, dostlardan biri ödəniş borcu olan avtomobil sahiblərini müəyyənləşdirməklə, digəri isə həmin avtomobil sahiblərinin axtarışı aparıb tapmaq və tutub cərimə meydançasına aparmaq, onları "AFB Bank" ASC kimi bankların mülkiyyətinə verməklə maşınların hərrac yolu ilə saxta satışını həyata keçirərək öz şəxsi bizneslərini qurmuşlar. Görünür bu biznes əlaqələri hal-hazırda daha da dərinləşmiş və inkişaf etmiş, Allahverdiyev Anar Elxan oğlu, Yadigar Mahmudzadə və Yusif Nəbiyev vəzifə səlahiyyətlərindən istifadə edərək Xırdalan şəhərində yeni tikilmiş binalardakı mənzilləri öz qohumlarının adına ipotekaya saldırmışlar.
Yadigar Mahmudzadə hazırda Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiridir.
İndiyədək monopoliyaya alınan və məmurların xüsusi gəlir sahəsinə çevrilən, dövlətin büdcəsinə getməli olduğu halda məmurların ailə büdcələrinə avtomobillərin qeydiyyat nişanlarının satışından, təqribi hesablamalara görə, 100 milyon manat vəsait daxil olur. Hələlik isə, bu sahədəki qeyri-şəffaflıq və vahid qaydaların olmaması səbəbindən dövlət büdcəsi hər il bu qədər məbləği itirməkdədir.
Azərbaycanda avtomobillərin qeydiyyat nişanlarının (sadə dillə desək, maşın nömrələrinin) verilməsi üçün rüsumlar “Dövlət rüsumu haqqında” qanunda göstərilib. Bu qanuna görə, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin aldığı BMV markalı avtomobil 200 min manat dəyərindədir.
Cavid Camal