Bu gün:


Leyla Şıxlinskaya Əfəndiyevi zəbt etdi !

Tarix: 02.12.2021 / 18:30  •   Oxundu: 259 dəfə  •  

Əfəndiyev Xəstəxanasının ərazisində tikilən iaşə obyektilə bağlı məlumat almaq üçün bu gün xəstəxananın rəhbərliyinə müraciət etdik.

Xəstəxananın baş direktoru Ələkbər Tağıyev ünvanladığımız suallara cavab olaraq bildirdi ki, Əfəndiyev xəstəxanasının ərazisi 1 il öncə özəlləşdirillib və əraziyə Leyla Medical Center  nəzarət edir.

Leyla Medical Centerdən mövzuyla əlaqədar müraciətimizə  cavab verən şəxs bildirdi ki, tibb müəssisəsinin rəhbəri Leyla Şıxlinskaya Birləşmiş Ərəb Əmirliklərindədir və gələn həftə burada olacağı ehtimal edilir.

Leyla Şıxlinskaya dubaydan qayıdanadək tibb müəssisəsinin rəhbər şəxsləri aşağıda ünvanladığımız suallara cavab vermələrini tərciyyə edirik.

1.Keçmiş Şaumyan indi ki, M.Ə Əfəndiyev xəstəxanasının ərazisinin 2/3 hissəsinin zəbt edilməsi hansı dövlət qanunları ilə tənzimlənir?

2. Leyla Medical Center təyinatı tibb xidmətidir yoxsa iaşə obyekti?

3. Bəs görəsən dövlətə aid olan Xəstəxananın ərazisinin özəlləşdirilməsinə kim və ya kimlər "dobro" verib?

Mövzu diqqətimizdədir.

Zərintac Abbasova