Bu gün həlak olan hərbçimiz: 35 yaşı vardı, subay idi…
Tarix: 03.12.2021 / 14:21 •
Oxundu: 126 dəfə •
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Şahin Şəmisəddin oğlu Hüseynovun məzuniyyətdə olarkən bədbəxt hadisə nəticəsində (qayadan yıxılaraq) həlak olduğu barədə məlumat yayıb.
İDEAL Media.az xəbər verir ki, həlak olan hərbçinin qohumları onun haqqında qısa bilgi veriblər.
Məlum olub ki, Şahin Şəmisəddin oğlu Hüseynov Gədəbəy rayonunun Qızılağac kəndindəndir. 35 yaşı var idi. 15 ilə yaxın idi ki, Azərbaycan Ordusunda qulluq edirdi.
Gizir rütbəsi daşıyan Şahinin subay olduğu bildirilib.
Şahin Hüseynov 44 günlük Vətən Müharibəsində iştirak etmiş, noyabrın 7-də Kəlbəcər istiqamətində yaralanmışdı.
Allah rəhmət eləsin.