Bu gün:


Nazim İdeal: Amnistiya terror aktı deyil!

Tarix: 05.12.2021 / 12:50  •   Oxundu: 154 dəfə  •  

ŞƏHİD  ÖVLADINI  AZAD  EDİN!

O  GÜNAHSIZDI!!

Prezident İlham Əliyev Elvin Oruclunu törətmədiyi cəzasını yarıya qədər ƏFV  etdi.

Prezidentin ƏFV etdiyini, yerdə qalmış 1 il 6 ay cəzadan şərti azad etmək gücündə olan Xətai rayon məhkəməsinin haykimi fuad axundov 5.000 manat rüşvət tələbi yerinə yetmədiyinə görə "islaha" davam qərarı verdi.

Elvini islah edə biləcək baş olsaydı, inanın ki, günahsız olsa da düşünərdim ki, nə fərqi var ki, böyük zonda da kiçik zonda da status-kvo kazusdur, qalsın.

Bütün c.ç.m-in, İT-ın, Qobustan həbsxanasının Rəislərinin tərbiyəsiz işlər üzrə müavinləri ("zampolit")  barədə yetərincə bilgiliyəm.

Bu başların bir neçə ədədlərilə tanış olun:
1 saylı c.ç.m-in rəisi narkoman,cibgir, bariqa, namus alverçisi  həsənov emin ədalət oğlunun  tərbiyəsiz işlər üzrə müavini ("zampolit")elşad quliyev  qanunları tək özü deyil, bütün günü bir-birilərini massaj etdikləri üzdəniraqların əllərilə satır.

4/3,3/2;3/1 adlanan qeyri-leqal maddələrin təsnifatını alverçilərin özləri şərh edir və and-aman edirlər ki, rəhbərlikdə oturan uzunqulağın oğlu qiymətləri qaldırıb və tələb edir.Məndən olsa...

Elşad da rəisi kimi həm narkoman, həm də alkaşdır.

Hələ 17 saylı bazarda rəis vəzifəsini icra edərkən pullu  "qaquliklərdən" birinin toyunda "dolya vorovskaya"nın sədaları altında Ədliyyə sisteminə şöhrət gətirərkən məlumat yuxarılara sızdırılmış və buna görə də o bir müddət sərəncamda saxlanılmışdır.

Necə ki, problemli avtomobil avtodayanacaqda saxlanıldığı kimi....

Sonradan xanımının hesabına elşad yenidən kişi edildi.

8 saylı c.ç.m-in ("osobı") rəisin tərbiyəsiz işlər üzrə müavini  müşviq məcidovdur.

Ağdaş qaraçısı olan bu adamla özünə hörmət edən şəxs hətta istəmədən belə mitinqdə yan-yana düşsə yanından qaçar ki....

Debil,zombi,alçaq və alçaq....

Əsl mövcud quruluşun tələb etdiyi keyfiyyətdir müşfiq məcidov!

ÖLÜLƏR  DİRİLƏRƏ  NÜMUNƏDİR!

Vəli şirinov adına 11 saylı narkotika bazarının zampoliti faiq qarayev hazırda 3 saylı təcridxananın (Şüvəlan) rəisi Əliyev Cəlil Misir oğluyla yeznə qayındır.

Misir Əliyevin kürəkənidir.

"Milli Ön"aparatı kimi işləyir.

Faiq üçün dövlət və qanun vəlidir. 

Vəli digər ciddi rejimli bazarların ("c.ç.m") rəislərindən daha çox aylıq verdiyindən bu zona düşmək onun seçimi və zövqünə uyğun tənzimlənir!

Yəni burda kef çəkmək üçün gələnlər ölkənin ən qatı narkobaronu,qanqsteri,quldurlarıdır.

Digərləridə bunlardan fərqlənmir.Hamısı eyni bezin axmaqlarıdır.

Yaxından tanıdığım  20.02.1992-ci il təvəllüdlü passioner patriot, intellektual səviyyəli, cəsur ürək, sağlam bədənli,sağlam ruhlu Elvin Orucluya 9 yıldır ki, islahla istismarın fərqini qanmayan bu cür başlar mənəvi,psixoloji,fiziki,tibbi işgəncələr yaşatmaqdadırlar!

Bir nəfərdən də rüşvət almayın,pulsuz buraxın!

Nəzir qutusunun sahibinə atın,fırladın.Necə ki,30 ildir ki, bu zavallı Xalqı "müxalifətdən" oğurladığınız şenokların, təkdırnaqlı-cütdırnaqlı tülkülərin ağzıyla aldadırsız,fırladırsız!

Elvin Orucluya Şəhid Övladı olduğuna görə hörmət etməyin!

Heç olmasa Milli Məclis-Amnistiya sözünə hörmət edin!

Prezidentin 10.02.2017-ci il tarixli (Penitensiar Sistemdə cəza siyasətinin humanistləşdirilməsi), 03.04.2019-cu il tarixli (Məhkəmə-Hüquq sistemində cəza siyasətinin humanistləşdirilməsi) sərəncamlarından yığdığınız xəracla həbsdən azad edilməli olan Şəhid övladlarını,Qaziləri, günahsız İnsanları kompensasiya edin!

SIXILMAYIN, İNSAN  OLUN!!

Ermənilərə sərgilənən humanizm payından  ŞƏHİD  ÖVLADINA münasibətdə də humanist olun!!

Terror aktı ilə Amnistiya aktının fərqini öyrənin!!