Azərbaycan torpağında daha bir işğalçı silahlı öldü...
Tarix: 06.12.2021 / 08:41 •
Oxundu: 128 dəfə •
Dünən axşam Qarabağdakı qanunsuz erməni birləşmələrinin postlarından birində naməlum şəraitdə ağır yaralanmış 19 yaşlı silahlı sonradan ölüb.
İDEAL Media.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, 2002-ci il təvəllüdlü Qor Eduard oğlu Martirosyan dekabrın 5-i saat 21:30 radələrində yaralanıb və bir neçə saat sonra vəfat edib.
Separatçı-terrorçu rejim tərəfindən hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Rusiyanın Azərbaycanın Qarabağ torpaqlarındakı sülhməramlı sayılan hərbi kontingentinin bölgədəki vəziyyət barədə dekabrın 6-sı Bakı vaxtilə səhər saat 06:00-da yayılan rəsmi xəbərində sözügedən hadisə haqda heç bir məlumat verilməyib.