Bu gün:


Keçmiş polis əməkdaşı qardaşı oğlunu güllələdi

Tarix: 06.12.2021 / 09:31  •   Oxundu: 225 dəfə  •  

Türkiyənin Osmaniyə şəhərində torpaq üstündə mübahisə zəminində baş verən qətlin görüntüləri üzə çıxıb.

İDEAL Media.az xəbər verir ki, təqaüddə olan polis məmuru Süleyman C. qardaşı oğlu İlyas Kütükü tapança ilə atəş açaraq öldürüb.

Hadisə anı təhlükəsizlik kamerasına düşüb.

Əraziyə gələn polis əməkdaşları Süleyman C.-nı dərhal yaxalayıb və cinayətdə istifadə etdiyi silahı müsadirə edib.