Bu gün:


İnəyi oğurlanan şəxs Prezidentə müraciət etdi!

Tarix: 06.12.2021 / 14:17  •   Oxundu: 203 dəfə  •  

Göyçay rayonu Bığır kəndinin sakini Behbudov Fəqan Bədrəddin oğlu Dövlət Başçısı İlham Əliyevə və sürətli olaraq İDEAL redaksiyasına müraciət etmişdir.

Müraciətdə bildirilir:
“Hörmətli cənab Prezident ailəmizin dolanışığının yeganə ümid yeri olan, bir baş iri buynuzlu heyvanımız 3 dekabr 2021-ci il tarixdə naməlum şəxslər tərəfindən oğurlanmışdır.

Baş vermiş oğurluq hadisəsi ilə bağlı Göyçay rayon Polis şöbəsinə və 102 qaynar xəttdə müraciət etmişik.

Bununla əlaqədar olaraq bir neçə dəfə özüm və həyat yoldaşım Göyçay rayon Polis şöbəsində olaraq dərdlərimizi paylaşmışıq.

Polis şöbəsi işə qeyri-ciddi yanaşır və hətta ironik davranışları ilə bizləri alçatmağa çalışır.

İki övladım və həyat yoldaşımın tək dolanışıq yerimizin oğurlanmasını faciə kimi qəbul edirik.

Çünki baxımsızlıq,işsizlik ucbatından təngə gəldiyimiz ölkədə tək güman yerimiz əlimizdən alınıb oğurlanırsa, nə etməliyik?

Bir baş iri buynuzlu heyvanımızı oğrulardan alıb özümüzə qaytarmaqla 4 nəfər ailə üzvümüzü işlə təmin etmiş olarsız."

Mövzu diqqətimizdədir...

 Rüfət Kamil