Bu gün:


Nuland: Rusiyanın quru qoşunları hücuma tam hazırdır

Tarix: 08.12.2021 / 09:49  •   Oxundu: 487 dəfə  •  

Rusiya Ukraynaya qarşı demək olar ki, Uralın qərbindəki bütün quru qoşunlarını hərəkətə keçirməyə hazırdır.

İDEAL Media.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Rusiyanın hərbi və kəşfiyyat xidmətləri əmr verilərsə, potensial olaraq 2022-ci ilin əvvəlində Ukraynaya qarşı qəti addımlar atmaq potensialını göstərməyə davam edəcək.

Yerləşdirilməsi nəzərdə tutulan qüvvələr əgər tam səfərbər olarsa, keçən yaz gördüyümüzdən iki dəfə çox olacaq - o cümlədən 100-ə yaxın tabor (batalyon) və ya Uralın qərbində yerləşən döyüşə hazır bütün quru qoşunları", - Nuland qeyd edib.