Bu gün:


Despotizm-anarxizm-faşizm özünü dövlət sanır!

Tarix: 09.12.2021 / 11:45  •   Oxundu: 136 dəfə  •  

Milli Təhlükə Naziri  Eldar  Mahmudovun kriminal reket dəstələri maşalarının vasitəsilə dövlət adından "AGbank"ın şaybalığı üzrə əmlaklarıma qəsb etməsi aşkar faktlar üzrə bu gün Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi, baş ədliyyə müşaviri  cənab Nemət  Əvəzovun  30 noyabr 2021-ci il tarixli, 03/212006112/3641 saylı ünvanıma göndərdiyi cavab məktubunda bildirilir:

"Baş Prokurorluğun İstintaq idarəsində ləğv olunmuş Milli  Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair ibtidai istintaqı aparılan  212006112  nömrəli cinayət işi üzrə ləğv olunmuş MTN-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə eyniməzmunlu çoxsaylı  müraciətləriniz Baş Prokurorluğun İstintaq idarəsinə daxil olaraq baxılmış və qeyd edilən cinayət işinin materiallarına əlavə edilmişdir.

İş üzrə tam,hərtərəfli və obyektiv ibtidai istintaq aparılmaqla müraciətinizdə göstərilən xüsusatların araşdırılması təmin ediləcəkdir".

P.S. "Binə" ticarət mərkəzinin direktor müavini, "araz-avia" firmasının Prezidenti Dilşad Əmirova xəbərim və razılığım olmadan adımdan 32 saylı DNK-da saxta etibarnamə düzəldərək mülkiyyətimi MTN şefi Eldar Mahmudovun "Azəriqazbank"ına ipotekaya qoyaraq və "zamin" duraraq 300.000 ABŞ dolları götürmüş və sonradan həmin pulu ödəməyərək, universal ssenari üzrə bankın hesabına keçməsinə çalışsalarda, Məhkəmə vasitəsilə mülkiyyət hüquqlarımı bərqərar etdim.

Əməllərimdən xoşlanmayan MTN-in 7 ədəd silahlı-maskalı quldurları qardaşımı yoldan maşınqarışıq oğurlayaraq Binəqədi rayon Prokurorluğuna prokuror köməkçisi Bəsti Emçiyevanın kabinetinə daşıyırılar.

MTN şefi Eldar Mahmudovun adından qardaşımı təhdid edən prokuror köməkçisi girovdan çıxardığım mülklərimin əvəzində iki yeni mülkü qoymayacağı halda Övladlarımın güllələnəcəyini and-aman edir!

Uzun söhbətdən sonra MTN-in istək və arzuları Kəbirə Məmmədovanın müavini Dilşad Əmirovanın simulisiv blef danışıqları üzrə "bəhrəsini verir."
Azərbaycan Respublikasının 7-12-13-24-29-31-32-33-43-71-ci maddələri cəhənnəmə gömrüldür.

Despotizm-anarxizm-faşizm özünü dövlət sanır!

Hazırda Dilşad Əmirovanın əsas moderatorluğu üzrə Mənə qarşı törədilmiş 5 epizod üzrə Baş Prokurorluqda araşdırma aparılır.

Ata Abdullayevin anası Şeylanın,boğazı deşik məşhur "vəkilin" etiraf məktublarından çoxdur Dilşad Əmirovanın etirafları...!

Zamanında tanış edəcəm.

Odur ki,Dövlətimdən imtiyaz deyil,Ədalət gözləyirəm və BİZ O  GÜNƏ  MÜTLƏQ  ÇATACAYIQ!