Get hara,kimə istəyirsən şikayət et qanunu!
Tarix: 09.12.2021 / 19:07 •
Oxundu: 110 dəfə •
Ölkəmizdə müraciət ediləsi, müvafiq dövlət qurumları rüşvət, siyasi sifariş, bürokratizm, anarxizm tıxacına düşdüyündən, vətəndaşlara xammal, əşya, lazımsız məmulat münasibəti sərgiləndiyindən, olunan “müraciətlər” yenidən Allah-Prezident-Vətəndaş Qanun tanımayan absurd ünvanlara “araşdırılması” üçün göndərilməsi adət halına çevrilməsi İnsanı mütəəssir edir.
İkinci ildir ki, (20 noyabr 2020-ci il) Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 14 ünvanında İDEAL redaksiyasından oğurlanmış:
1. 15.000(on beş) min manat pul;
2. 4 (Dörd) ədəd notebook kompüter:
3. 2(İki) ədəd kserokopia;
4. Ofis ləvazimatları;
5. Əməkdaşlara məxsus şəxsi əşyaların oğurlanması faktı üzrə araşdırmaya məsul edilmiş Bakı şəhəri, Nəsimi rayonu polis idarəsi bilərəkdən və qəsdən insan hüquq və əsas azadlıqlarının fundamental prinsiplərini deformasiyaya uğratmaqdadır.
Nəsimi rayonu polis idarəsinin təhqiqatçıları Nadir Rza-Zadə, Emin Qaralov, müstəntiq Mahmud Mirzəyevin qanunsuz və absurd qərarları 09.08.2021-ci il tarixdə iş № 6 (0006)-76/2021-ci il tarixli iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Azər Tağiyev tərəfindən rədd edilərək, obyektiv baxılması üçün Nəsimi rayon prokurorluğuna göndərilsədə və aradan 3 ay keçməsinə baxmayaraq fakt üzrə heç bir gəlişmə yoxdur.
Məhkəmənin qanunsuz hesab edib ləğv etdiyi qərar yenidən baxılması üçün “müstəntiq” Mahmud Mirzəyevin üzərinə qaytarılmışdır ki, bunun da adı totalitarizmdir!
Oğrulara himayədarlıq etməkdə davam edən şəbəkənin ifşa edilməsi, oğruçuların təsbit edilərək cinayət məsuliyyətinə cəlb edilməsi və oğurlanmış pul və əmlakların geri qaytarılmasına məsul olan hansı dövlət orqanıdır?!
Ölkəmizdə "get hara,kimə istəyirsən şikayət et qanun"undan başqa heç bir hörmətə və nüfuza malik olmayan qanunlar yalnız alqı-satqı predmeti üçünmü mövcuddur???
