Bu gün:


Pula tüpürüb, ödəniş edən gənc məşhur şəxsin nəvəsidir

Tarix: 10.12.2021 / 13:29  •   Oxundu: 249 dəfə  •  

Bir manatlıq əsginasa tüpürərək, ödəniş terminalına daxil edən gəncin hərəkəti ötən gündən sosial şəbəkələrdə ciddi tənqid edilir.

Tənqidə səbəb olan hərəkəti edən şəxs Gəray İsgəndərli adında gəncdir.

Məlumatda bildirilir ki, o, sabiq ombudsman, Azərbaycanın tanınmış ictimai xadimi Elmira Süleymanovun nəvəsidir. Daha doğrusu, G.İsgəndərlinin anası Elmira xanımın qardaşı qızıdır.