Mətanət İsgəndərlinin gəlini üsyan etdi
Tarix: 06.10.2021 / 15:24 •
Oxundu: 267 dəfə •
"Ailə problemimiz bitmir, uşaqlarım məndən uzaqda əziyyət çəkir. Məhkəmə isə yekun qərar vermir. Uşaqlar məndən alınıb, atası və nənəsi ilə qalır. Ümid edirəm ki, ədalət öz yerini tapacaq".
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, bir ilə yaxındır davam edən məhkəmə hələ də bitmir. Canana uşaqlarından ayrı qalmasından danışıb ağlayıb:
"Bir ana olaraq mənə çox təsir edir ki, övladlarım niyə məndən ayrı qalmalıdır. Birinin 12, birinin 7, digərinin 5 yaşı var. Mən pis ana olmamışam. Tuncayın üzərində o qədər işləmişəm, bütün dərnəklərə aparmışam. Uşaqlarıma can yandırırdım ki, layiqli övlad böyüdüm. Mətanət İsgəndərli özü bu həyatı yaşayıb. Bir dəfə dalaşanda mənə dedi ki, görüm səni mənim həyatımı yaşayasan. İnsan əziyyət çəkəndə istəmir kimsə yaşasın. İndi öz övladlarının həyatını mənim uşaqlarıma yaşadır. Onlardan heç nə tələb etməmişəm. Neçə il ailəli qalsaq da, onlardan məni evə qeydiyyata almaq istəməmişəm. Dava edirdi ki, bu uşaqları istəmirəm, niyə dünyaya gətirirsən. Mən anamı itirmişəm, bacım olmayıb. Hər zaman arzu edirdim ki, qızım olsun. Çox uşağım olsun. Kərim uşaqlara şiddət göstərirdi. Bizim ailə problemimiz də bundan başlayıb.
İcranı necə etdilərsə, uşaqları məndən alıb onlara verdi. Körpə uşaq anadan necə alına bilər? 3 aya adam boşanır, bunlar uzadır. Hər dəfə sual verirəm, cavab yoxdur. Dilimlə deyirəm ki, heç nə istəmirəm, uşaqlara ev verin yaşayım. Notariusdan kağız da verirəm ki, ev uşaqlarındır. Alimenti verməmək üçün mübarizə aparırlar. 510 manat aliment düşür, amma qəyyumluq uzadılır. 7 və 5 yaşında uşağı psixoloq olmadan məhkəmə dinləndirilir.
Mətanət İsgəndərli gedib Antalyada qızının yanında qaldı. Kərim gedib sevgilisi ilə qalır. Uşaqlara yığıram, deyirlər, evdə baba və köməkçi ilə qalırıq. Bu nə qəddarlıqdır? Ananı baladan necə ayıra bilirsiniz? Prinsip aparırlar mənlə ki, güclü bizik. Mətanət İsgəndərli, məndən nə istəyirsən?
Bilmirəm hara gedim, kimə müraciət edim, uşaqlarıma qovuşmaq istəyirəm. Uşağım zəng edir ki, ana, gəl, mən məktəbdə olanda həyətdə otur gözlə səni görüm".
Qeyd edək ki, Canana və Kərimin ötən ilin dekabrında ayrılma xəbəri çıxıb. Cütlük boşanmaq üçün məhkəməyə müraciət etsə də, hələ proses yekunlaşmayıb.