Bu gün:


Azərbaycanda həkim koronavirusdan vəfat etdi

Tarix: 13.12.2021 / 18:13  •   Oxundu: 84 dəfə  •  

Sumqayıtda həkim koronavirusdan dünyasını dəyişib.

Bununla bağlı həmkarları sosial şəbəkədə paylaşım edib.

Sumqayıt şəhərində çalışan həkim-stomatoloq 48 yaşlı Rauf Rüstəmov bir müddət əvvəl koronavirusa yoluxub.

Həkimlərin bütün səylərinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib. 

İlkin məlumatlara görə, onun həyat yoldaşı da koronavirusa yoluxub.