Bu gün:


Penitensiar Xidmətin müalicə müəssisəsində insanlığa, dövlətçiliyə qarşı xəyanət

Tarix: 17.09.2021 / 20:01  •   Oxundu: 3 509 dəfə  •  

Ədliyyə nazirliyi Penitensiar Xidmətinin müalicə müəssisəsində insanlığa, dövlətçiliyə qarşı xəyanət missiyası barədə bilməyən qalmayıb. Hər gün bu "müəssisə"də qətlə yetirilən məhkumların sayı yol qəzasında dünyasını dəyişən vətəndaşların sayından dəfələrlə çoxdur. Birisi məsuliyyətsizliyin, alkoqolun qurbanına çevrilirsə, ikincisi nəzarətsizliyin, xaosun, rüşvət və korrupsiyaya meylliliyin təcəssümünə çevrilir. Yaxından tanış olan və bilgisi olan şəxslər Pentensiar Xidmətin Böyük Şor qəsəbəsində yerləşən müalicə müəssisəsini çoxdan "adlı" priton hesab edirlər.

O qədər başlı başınaçılıq, o qədər özbaşınalıq, sərhədsiz xaosların nəticəsində ağ xalatlılar belə realiti-şounun qrup üzvləridir. Penitensiar xidmətin rəisi Ceyhun Həsənov bu sahəyə gətirildikdən sonra özünün yaxın simsarı kimi bütün sahələrə səpələdiklərindən yeni birisini də, yəni İsgəndərov Elxan Cəfər oğlunu da müalicə müəssisəsi rəisinin əməliyyat və rejim işləri üzrə müavini postuna təyin etdirmişdir.

Daha yaxından tanıyın bu adamı. Elementar savadı da yoxdur. Yumşaq ifadə etsək, debildir. Xaraktersizdir. Pula görə namusu ilə alver edən birisidir.

1. Məsələn, tibb bacısı vəzifəsində çalışan Səidə Məmmədovanı, Maral Quliyevanı, Tünzalə Vahabovanı, Gülbahar İbrahimovanı, Sevinc Məmmədovanı və s. məhkumlarla birlikdə dövriyyəyə buraxır və əməliyyat-rejim işləri üzrə Elxan İsgəndərov partnyorları "iş başında" yaxalayır və problemlərin həlli üçün bədənini satan tibb bacısının aldığı qədər rüşvət alıb məsələni yoluna qoyur.

2. Məhkumların təbii haqqı olan çarpayını, havanı, telefonu, konkret pula satır.

3. Prezidentin ona xəyanət etdiyinə görə korrupsiya ittihamı ilə həbs etdirdiyi icra başçıları, vəzifəli şəxslər Elxan İsgəndərov tərəfindən himayə edilir, ayı 5000 manata xüsusi imtiyazlar onlara icarəyə verilir.

Bu barədə bütün sistem bilir, lakin bu haqda hər hansı bir məhkumun zəif cızma-qarası fövqündə gecə saat 2-3 radələrində belə, fors-major yatablara start verilir. Elə bir "zabit" yoxdur ki, məhkumlarla cinsi əlaqədə olan tibb bacıları ilə və yaxud da insan alverinə görə mühakimə edilmiş qadınlarla cinsi əlaqədə olmasın.

Fakt

Hazırda inzibati binanın birinci mərtəbəsində qanunla qadağan edilməyinə baxmayaraq növbəli şəkildə 4 nəfər məhkum xanım rəhbərliyin xidmətindədir. Həmin xidmətdə olan qadınların vasitəsi, daha doğrusu araçılığı ilə qadın şöbəsində saxlanılan gözəgəlimli digər məhkum xanımlarla "tələyə" salınır və anarxizmin qurbanına çevilir.

Penitensiar Xidmət rəhbərliyinin simsarı olan Elxan İsgəndərov eyni zamada yengə kimi də bacarıqlı kadrdır. Məsələn, polis zabitini qətlə yetirdiyinə görə 9 il, silaha görə 1 ay həbs cəzası almış "FAB" şirkətinin prezidenti Həsənov Rövşən Qalib oğlunun sifarişlə müalicə müəssisəndə bazlıq etmək üçün gətirdiyi qadından 500 manat, hərbi səfərbərlik qurumunun rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun hər dəfə gəlişinə gətirilən fərqli qızların əl dəsmalından "Q" dəsmalına qədər daşıyıcısı da məhz Elxan İsgəndərov olub.

Bu tip "adamların" sayəsində müalicə müəssisəsində qadın və kişi bir-birləri ilə transların ritorikası sayağı davranırlar. Mərkəzi müalicə müəssisəsi rəisinin əməliyyat və rejim işləri üzrə müavini Elxan İsgəndərovun eyni zamanda ailəsinə və doğmalarına daşıdğı qara pullar içində transların da payı var. Müalicə müəssisəsində hüquqsuzluq, qanunusuzluq ucbatından dünyasını dəyişən məhkumların patoloji-anatomiya missiyasını sanitar üzdəniraqlar (translar) icra edirlər. Onların daxili orqanları isə müalicə müəssisəsinin pişiklərinə yem etdirilir. Bu barədə Prezidentdən başlamış Ombudsmana qədər hər bir dövlət qurumunun arxiv materialları çiçəklənən Azərbaycanın yaddaş tarixindədir. Çörəyi namus alverçiliyindən çıxan Elxan İsgəndərov və onu himayə edən xoşqeyrət gədə-güdə sürüsü Vətənlə, onun vətəndaşları ilə hansı qanun dili ilə danışa bilər?

Müalicə müəssisəsi daxilində fəaliyyət göstərən kafe-restoran adlı obyektdə bişirilən yemklər nədən məhkumlara pulla satılmaldır? Dövlət tərəfindən məhkumlar üçün nəzərdə tutulmuş Ədliyyə Nazirliyinin T-30 nömrəli əmri hansı millətin övladları üçün nəzərdə tutulmuşdur? Müalicə müəssisəsi daxilində fəaliyyət göstərən "laryok" adlı dükanda fantastik qiymətə satılan məhsullardan gələn gəlir hansı köstəbəyin cibini doldurur? Dövlətə, Prezidentə sədaqətlilik budurmu? Ədliyyə naziri, hörmətli Fiktər Məmmədov bütün bunlardan məlumatldırmı? Əgər məlumatlı deyilsə, məlumatlı olsun və zəruri tədbirlər görsün. 

Biz dövlətimizə və Vətənimizə xidmət göstərməkdən qürur duyuruq və istənilən an iddialarımızı yerindəcə sübut etməyə müntəzirik. Yetər ki, insan hüquq və azadlıqları ilə məşğul olan qurum mövcud olsun və bizim böyür-başımızda ictimai komitə adlı yaltaq-yalaq olmasın. 

Dövlətimizdən, dövlətimizi sevən ləyaqətli və vəzifəli şəxslərdən, hörmətli cənab nazir Fikrət Məmmədovdan, Ədliyyə nazirliyi Pentensiar Xidmətin Böyük Şör qəsəbəsində yerləşən müalicə müəssisəsində həyata keçirilən anarxizmi, nepotizmi, despotizmi, rüşvət, korrupsiya virusuna son qoymağı tələb və xahiş edirik. 

P.S. Növbəti saylarımızda son iki ildə qətlə yetirilən məhkumların tam siyahısı, fantastik rüşvət hesabına müalicə müəssisəsinin "xozunda" imtiyazlı saxlanılan məhkumlardan rüşvətlə satılan azadlıq haqqını satılanlar barədə məlumat dərc olunacaq.

P.P.S. Məhkum ailələrin nəzərinə!
Qarşılaşdığınız xoşagəlməz problemlərlə bağlı redaksiyamıza müraciət etməyiniz tövsiyə olunur. "İdeal" hüquqları pozulmuş vətəndaşların ictimai vəkilidir.

Cavid Camal