Bu gün:


Yaponiyada skuter-çamadan icad edildi…

Tarix: 22.12.2021 / 09:03  •   Oxundu: 127 dəfə  •  

Yapon ixtiraçıları bir neçə dəqiqəyə havasını boşaldıb şişirtmək mümkün olan portativ skuter yaradıblar. O, xüsusi baqaj bölməsi ilə təchiz olunub və saatda 15 kilometrə qədər sürət yığmağa qadirdir. Bununla belə, yeni məhsulu bazara çıxarmazdan əvvəl əlavə təhlükəsizlik testləri aparmaq lazımdır.

Bu barədə NTD telekanalına istinadla xəbər verir. Mağazaya alış-verişə getmək və ya qısa məsafəyə müəyyən yükü daşımaq - indi bunun üçün mütləq avtomobil və ya ictimai nəqliyyat tələb olunmur. Yaponiyada daha rahat bir yol tapıblar: doldur və get!
 
Bu skuter Tokio Universitetinin tədqiqatçıları tərəfindən hazırlanıb. Onlar öz ixtiralarına “Poimo adını veriblər, bu, portativ doldurulma mobillik söz birləşməsinin qısaldılmış abbreviaturasıdır. Skuter elektriklə işləyir. Baqaj bölməsində orta ölçülü bel çantası və ya çamadan yerləşir. İki dəqiqə ərzində doldurulur.
 
Hiroki Sato, Tokio Universitetinin ixtiraçısı: Mən ilk dəfə mobil cihaz yaratmaq barədə düşünəndə onun təxminən bir mil məsafəni qət etməsini istəyirdim - məsələn, qatar stansiyası ilə ictimai nəqliyyatın olmadığı bir iş yeri arasında. Gələcəkdə hər bir insanın özəl göstəricilərinə uyğunlaşdırılacaq. Məsələn, boya və ya başqa nəyəsə uyğun”.
 
Skuterin çəkisi cəmi 10 kiloqramdır və termoplastik poliuretandan hazırlanıb. Bir şarj təxminən 90 dəqiqə bəs edir. Maksimal sürət saatda 15 kilometrdir. Tədqiqatçılar skuterin formasını dəyişməyə imkan verən proqram da hazırlayıblar. Bir variasiyada o, at formasını alır. Digərində isə kreslonu xatırladır. Tərtibatçılar əlavə sınaqlara ehtiyac olduğunu deyirlər. Onların fikrincə, skuterin idarə olunmasını təhlükəsiz etmək lazımdır.