Bu gün:


Pirotexnik məmulatlar partladı: Mağazada yanğın başladı

Tarix: 26.12.2021 / 09:32  •   Oxundu: 64 dəfə  •  

Rusiyanın Tomsk şəhərində pirotexnik məmulatların partlaması nəticəsində hipermarketin daxilində yanğın baş verib.

Hadisə yerində yanğınsöndürənlər, həkimlər və polis əməkdaşları çağrılıb.

İnsident nəticəsində xəsarət alan olmasa da, mağazaya zərər dəyib.

İnsidentin səbəbləri araşdırılır.