Bu gün:


Nazim İdeal: Bir ədəd qaçayın tarixçəsi...

Tarix: 27.12.2021 / 18:49  •   Oxundu: 184 dəfə  •  

Sözümə davam...

8 saylı konslagerin  rəisi Aslanov Qaçay islah edilmiş ən mədəni ev heyvanları üzərində rəis təyin edilərdisə bütün heyvanlar cinayətkara çevrilərdi.

Mən sağ ikən ölmüş Polkovniklərdən-Generallardan bəhs edirəm.Belələrinin varlığı maddi olur və sadəcə olaraq dövlətə xidmətini təqaüdə çıxma finişinə hesablayırlar.

Qaçay dəfələrlə Mənə deyirdi ki,əlimdə imkanım olsaydı,Səni daşlarla hörərdim.Və bu adam sələflərindən fərqli olaraq Mənə zombi dirənişləri göstərdiyinə görə,general Hüseyn Əlixanov tərəfindən vaxtından əvvəl polkovnik rütbəsilə mükafatlandırılsada bu sevinclə o cəmi 22 gün yaşadı.
Onu qaçayı qovan kimi qovdum.

Hüseyn Əlixanov sifətcə mülayimə oxşasada,törətdikləri tarixin ən zəngin arxivlərindəndir.

Onun Ramiz Rzayev kimi Ali Məhkəməli qudası,Sona Allahverdiyeva kimi konstitusiyalı arvadı,Ceyhun Səmədov kimi varanokdan rüşvətlə Qocanı qaçırdan bacısı oğlu,Fədayə Laçın kimi dustaqları.....VAR.....

Qaçayın təqdimatınıda şəxsən özü,Mənim əbədi Seyid dostumla birlikdə etmişdir.Nə isə...

Kamerada tək qalsam da bu Mənə xüsusi zövq verirdi.Çün ki,dörd tərəfdən mühasirəyə alınsam da dava kitabım da  geriyə dönüş barədə müddəa olmadığından Qələmə-Kağıza sığınmışdım.

Əvvəl ki,rəislər yenədə öz dilimizdə azda olsa anlayışlı olsada,Qaçay yazdığım müraciətləri oxuyur,başa düşmür,başa düşürsə də qaçay kimi başa düşürdü.

Buna görə də əvvəllər qeydiyyat bölməsinin rəisi Natiq Mustafayevin tərcüməçiliyi sayəsində məktiblarımı ünvanına göndərsə də,sonralar gizlədir,yalanını təsdiq etmək üçün özünü söyürdü.

Zonu heyvanxanaya çevirmişdi.

Yapon xoruzundan qatıra kimi saxlayırdı.Üzdəniraqlar Qaçayın ən etibarlı strateji tərəfdaşları hesab edilirdi.

Pul onun mənəvi zənginliyini əks etdirən başlıca vasitə idi.

Pul gətirəcək bütün sahələrdə özünü şmotka kimi satırdı.

Narkomanlar kef çəksədə,hüquq və qanun zorlanmaqdan tənziləyə çevrilmişdi.

Məhkumlara aid olan ərzaq və qeyri-ərzaq məhsulları bazarların piştaxtların və ya itlərin yeminə çevrilmişdi. 

Əslində Azərbaycan dövlətinin atributlarını bilərəkdən və ya bilməyərəkdən təhqir edən qaçayı görmək,səsini eşitməkdənsə atın-qatırın-donuzun-itin səsini eşitmək daha münasib və xoş idi.

Amma,düşünəndə ki,bu zavallı heyvanlar məhkumlara aid olan "paykanı" yeyir və qaçayın partiyasının üzvüləridirlər nifrət edirdim!

Heyvanların əksəriyyəti oğurluq idi.

Qaçay nəzarətçi işləyən Elturan adlı giziri özünə qeyri-leqal sürücü götürmüş və onunla birlikdə formada qoyun sürülərinin içərisinə avtomobili sürüb qoyunları meşoklara bir-bir salıb gətizdirirdi.

Bu minvalla polkovnikin oğurladığı qoyunların sayı 200-ü adlamışdı.

Mən bu mənzərəni vəkilə-görüşə gedərkən görürdüm.

Qaçayın cinayət ortağı gizir Elturan törətdikləri "qəhrəmanlıqlarından" autentik Mənə nəql edərdi.

O zaman qaçayın bu və ya digər cinayətləri barədə ölkəmizdə adı var olan bütün dövlət qurumlarına etdiyim şikayətlər sonunda ya Penitensiar Xidmətin daxili təhqiqat şöbəsinin,yada ki,Qaradağ rayon prokurorluğunun müstəntiqlərinin yemləndirilməsilə yekunlaşardı.

Absurd qərarlar arxivimdə saxlanılır.

Qaçayın törətdiklərinin milyonda birini hansısa bir Ləyaqətli Vətəndaş bilməyərəkdən törətsəydi indi ən yaxşı halda,1-2-11-ci zonlarda narkomanlığın kreativ-tantrik həzzi yaşadılırdı....!?

Aslanov Qaçay isə sadəcə qaçay qovulan kimi kabinetdən qovuldu.

Yeni gəlmiş rəis Ərşad Hüseynov mənimlə görüşdü və dedi ki:"Hacı bu zonun həyətində ki,bütün qaz,hinduşka,qoyun,keçi,inək,dana,at,it,qatır...,sənindir kimə istəyirsən pay ver,özün kəsdir..."və.s..

Dedim ki,Mən nimdaş geyinənlərdən deyiləm.Ancaq toyuqları,hinduşkaları,qoyunları kəsib atın məhkumlara bişirilən katyola,90 faiz şəkli çevrilmişlər dadsın.

Etdi,sağ olsun...

P.S.Xalq öz "qəhrəmanlarını" tanımalıdır!

Ardı var