Bu gün:


Nazim İdeal: Sahibsiz ruhların dolaşdığı xüsusi rejimli həbsxana...

Tarix: 28.12.2021 / 22:22  •   Oxundu: 187 dəfə  •  

Vicdanımın və Ruhumun rahat olduğu günlərdən biri...

Ömrümün Gəncliyimin 11 YILININ ehtimal və mülahizələrlə inkvizisiya-banditizm-amoralizm-anarxizm tərəfindən oğurlandığı sahibsiz ruhların dolaşdığı "8 saylı  "cəzaçəkmə müəssisəsi"...

Bu gün illərdən sonra həmin məkanda cəza çəkən Qardaşlarımı ziyarət etdim.

Hər daşına,kərsəyinə bələd olduğum bu məkanda qapıçısından başlamış Rəisinədək,sadə məhkumdan başlamış Lotusunadək hörmətimi hər zaman uca tutmuş,bir sözümü iki edən olmamışdır.

Baxmayaraq ki,həmin Cəsur Ürəklər təkcə ölkə daxilində deyil,qlobal sferada SON SÖZÜ deyən Şəxslərdir!

Doğrudanda Comərdliyin,Böyüklüyün,Bütövlüyün alternativi yoxdur.

Həmin münasibəti bu gündə gördüm.

Peşəkar hüquqşünas-əməliyyatçı-psixoloq Qarabağ Qazisi, rəis müavini  Ədliyyə Polkovnik-Leytenantı Məftun Məmmədovun şəxsində...

Tanıyan,eşidən elə bir münasibət sərgiləyirdi ki,san ki,öz isti ocağındasan....

Özünə güvənənlər ürəkli olmaqla yanaşı İnsanlığa İnsan münasibəti sərgiləməklərində yalnız qanunlara sığınar....

Mən bu gün san ki,həmyerlim inqilabçı Qara İlyasovu ziyarət edirdim.

Təşəkkürlər Məftun Məmmədov;
Təşəkkürlər Elxan Sadıqov;
Təşəkkürlər Elgiz İsmayılov;
Təşəkkürlər.....

Girovluqdan azad olduqdan sonra ziyarət etmək istədiyim İnsanlarla görüşümə 1-11-12-MM-in bariqaları ("rəis") müxtəlif riyakar variantlarla əngəl yaratmışlar.

Çörəkləri pornoqrafik disklərdən,narkotikadan,yengəlikdən çıxan namus alverçiləri 1-11-12 saylı cəzaçəkmə və MM-in rəislərinə bu ifadələrim bilavasitə aiddir.

Onlar alçaq və alçaqlardır.

Dövlət təsisatlarını bu qədər anarxiyaya çevirmək olmaz axı....

Yaxınlarını,doğmalarını,sevgililərini sonuna qədər ziyarət edən kəslər SİZDƏN ucada yalnız ALLAH ola bilər.

Bu xüsusatda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin yolunu gətirən,gözləyən Xanımlar Siz çox Şərəfli,Ləyaqətli,Dəyanətlisiz!

Məndən çox-çox uzaqda olan,Əziyyətimi çəkmiş bütün İNSANLAR  bunları əsla unutmadım,unutmam.

Kaş ki, bütün yaxşılıqlar təmannasız, minnətsiz ürəkdən sərgilənərdi!