İran istəyinə çatdı
Tarix: 31.12.2021 / 08:33 •
Oxundu: 131 dəfə •
İran kosmosa üç tədqiqat peykini uğurla göndərib.
İDEAL Media.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin kosmos qrupunun mətbuat katibi Seyid Əhməd Hüseyni məlumat verib.
O qeyd edib ki, “Simurq” peyk daşıyıcısı 3 tədqiqat peykini uğurla kosmosa çıxarıb.
Onun sözlərinə görə, İran “Safir” və “Qasedak” peyk daşıyıcılarından istifadə etməklə kiçik həcmli peyklərin buraxılması imkanlarına yiyələndikdən sonra daha yüksək imkanlara malik peyk buraxılış aparatlarının inkişafına ciddi diqqət yetirib:
"Bu buraxılışla kosmik baza komponentlərinin xüsusiyyətləri və funksiyaları, həmçinin peykin buraxılış mərhələlərinin icrası düzgün yerinə yetirildi və bu buraxılışın tədqiqat məqsədlərinə tam nail olundu".
Hüseyni deyib ki, bu tədqiqat missiyası ilk dəfə olaraq 470 km yüksəklikdə və 7350 m/s sürətlə üç tədqiqat peykini orbitə çıxarıb.
Qeyd edək ki, ötən il İran uzaqdan idarə olunan “Zəfər” zond peykini “Simurq” raketdaşıyıcı ilə orbitə çıxarmaqda uğursuzluğa düçar olmuşdu.