Bu gün:


Çavuşoğlu: Rusiya və ABŞ danışsa, gərginlik səngiyər

Tarix: 31.12.2021 / 08:41  •   Oxundu: 83 dəfə  •  

Rusiya və NATO formatında Vladimir Putin və Co Baydenin görüşünün əlaqələri normallaşdıracağını güman edirik.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Məlum olduğu kimi, Putinlə Bayden arasında Ukrayna böhranı ilə bağlı telefon danışığı baş tutacaq. Bu dəfə Rusiyanın təşəbbüsü ilə... Yanvarın 10-u və 12-si isə Rusiya və NATO formatında ikitərəfli görüşlər olacaq. Bundan sonra güman edirik ki, gərginlik yumşalacaq”, - deyə Çavuşoğlu bildirib.