Bu gün:


Zabit Səmədov “Quruluş Osman”dan ayrıldı?

Tarix: 01.01.2022 / 14:33  •   Oxundu: 232 dəfə  •  

Azərbaycanın məşhur idmançısı Zabit Səmədov Türkiyənin məşhur “Quruluş Osman” serialında fəaliyyətini davam etdirəcək.

Bu barədə idmançının özü məlumat verib:
“Mən serialda fəaliyyətimi hələ başa vurmamışam. Serialın rejissoru ilə belə qərara gəldik ki, Bakıya qayıdım. Burada özümün döyüş məktəbimlə və yaradacağım promouter şirkəti ilə bağlı görəcəyim işlər vardı. Yalnız son 2 seriyada olmamışam. Nə vaxt serialda yenidən rol alacağım 3-5 yanvar aralığında bilinəcək. Hər şey Bakıdakı işlərimdən asılıdır”.

Qeyd edək ki, Zabit Səmədov 2019-cu ilin noyabrın 20-dən yayımlanan “Quruluş Osman”ın 35-ci bölümündən etibarən rol almağa başlayıb. O, filmdə Burak Özçivitin oynadığı baş rol Osman bəyin döyüş yoldaşı Gəncə bəyi oynayır.