Bu gün:


HƏBS EDİLMİŞ GÖMRÜKÇÜNÜN PROTOKOL XİDMƏTİ

Tarix: 25.11.2020 / 16:30  •   Oxundu: 721 dəfə  •  

Rüşvət alarkən həbs edilmiş, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi Ceyhun Babayev hazırda olmalı olduğu yerdə deyil. 

Digər korrupsioner, dövlətə və xalqa xəyanət etmiş məmurların istirahət məkanı kimi ad çıxarmış Penitensiar Xidmətin Böyükşor qəsəbəsi, 8-ci Köndələn ərazisində yerləşən “müalicə müəssisəsi” adlı motelində kef çəkməkdədir.

Hər ay baş həkim  Nicat Vidadi oğlu Cəlilovun və rəis Mail Məmmədovun tələb etdiyi aylıq icarə haqqını ödədiyindən o, bütün imtiyazlarla təmin edilməklə yanaşı, “vıxod” kart-blanşı ilə istədiyi kimi hərəkət etməkdədir. 

“İdeal”a daxil olan digər səhih məlumatda bildirilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvətalma) maddəsi ilə mühakimə edilən Ceyhun Babayev artıq qaydalar üzrə illərdir ki, qazandığı rüşvətin bir hissəsini Ağır Cinayətlər Məhkəməsinin hakiminə ödəmək ərəfəsində azadlığını qazanacağı inamındadır.

Digər məlumatda isə o da bildirilir ki, Ceyhun Babayevin oğlu Turxan Babayev hal-hazırda Xarici İşlər Nazirliyidə protokol xidmətinin önəmli fiqurlarından biridir.

Ölkəmizdə qanunlar qaydaların təsiri altında olduğundan yanaşma da diskriminativdir. Yəni ki, dövlətə və qanunlarına oyuncaq münasibəti sərgiləyən müvafiq dövlət qurumaları bir çox hallarda atasına görə övladını mükafatlandırmış, bəzi hallarda isə cəzalandırmışdır.

Milli və beynəlxalq hüququn norma və prinsipırində görə ataya görə övlad, övlada görə ata məsuliyyət daşımamalıdır. 

 

Ardı var.