Bu gün:


Nazarbayevin kürəkənləri vəzifələrindən getdilər

Tarix: 15.01.2022 / 18:32  •   Oxundu: 133 dəfə  •  

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov “KazTransOil” dövlət şirkətinin baş direktoru - İdarə Heyətinin sədri vəzifəsini tərk edib.

Bu barədə “Samruk-Kazına” Fondunun açıqlamasında deyilir.

“KazTransOil” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, təqdim etdiyi ərizə ilə Dosanov D.Q.-nin “KazTransOil” SC-nin baş direktoru səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib”, - deyə məlumatda bildirilib.