NAZİM İDEAL: "REPRESSİYA İLLƏRİ..."
Tarix: 18.01.2022 / 22:33 •
Oxundu: 300 dəfə •
Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi, baş ədliyyə müşaviri cənab Nemət Əvəzovun bu gün ünvanıma göndərmiş olduğu 03/212006012/3954 saylı məktubunda təkrarən qeyd edilir ki:"-Müraciətiniz Baş Prokurorluğun İstintaq İdarəsinə daxil olaraq baxılmış və İstintaq İdarəsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair ibtidai istintaqı aparılan 212006012 nömrəli cinayət işinə əlavə edilmişdir.
Müraciətinizdə qeyd etdiyiniz xüsusatların ibtidai istintaq zamanı araşdırılması davam etdirilir."Bilinsin ki, "Binə" Ticarət Mərkəzinin direktor müavini, "Araz-Avia" firmasının prezidenti Əmirova Dilşad Camşidovna və digərləri-geniş hakimiyyət resurslu erməniyanlı boz şakalın sifarişilə ehtimal və mülahizələrlə arsenalındakı 12 dənə son dərəcə əxlaqsız yüyənsizlərin ağızları üzrə AZADLIĞIM oğurlanırkən və GİROVLUQDA olarkən, Mənə və Ailə üzvülərimə qarşı törədilmiş qanundankənar silsilə hərəkətləri marginal orqanlara ödənilmiş rüşvətin fonunda (özünün iddiasına görə) bu günə kimi ört-bastır etməyə müvəffəq olmuşlar...!?
Bir qrup hər bəladan nəf etməyə patoloji mübtəla vampirlərin İnsanlığa qarşı həyata keçirdikləri və bu günədək marginal orqanların qida rasionuna çevrilmiş epizodların annotasiyasını diqqətinizə çatdırıram:
1.Bakı Şəhəri,32 Saylı Dövlət Notariat Kontorunda (DNK) xəbərim və razılığım olmadan adımdan AR-077840 saylı saxta "etibarnamə" düzəltdirib mülkiyyətimi arxalandığı MTN reketi Eldar Mahmudovun inhisarındakı "Azəriqazbank" ASC-yə ipotekaya qoyub 300.000 (üç yüz min) ABŞ dolları götürüb arxasına arxa olduğu vampirlərlə bölüşmüşdür.
2.Yaşadığım ünvana gələrək, adımdan istifadə etməklə, "Binə" TM-də 140.000 (yüz qırx min) manata özündən aldığım 3 (üç) ədəd (50+50+40=140 metrkvadrat) dükanların sənədlərini alıb, sonradan müəyyən etdiyim həbsxana rəisləri ata-oğul Əliyev Misir Cəlil oğlu və Əliyev Cəlil Misir oğullarına 150.000 manata satıb, pullarını təkrarən mənimsəmişdir.
3.MTN-in silahlı-maskalı quldurları qardaşım Bəhruz Quliyevi yoldan maşınqarışıq oğurlayıb Binəqədi rayon Prokurorluğuna daşıyıb, Dilşad Əmirovanın rəfiqəsi Bəst Emçiyevanın moderatorluğu üzrə şantaj edərək, ona fiziki-cismani-mənəvi-psixoloji işgəncələr tətbiq etməklə yanaşı başına silah dayayıb ipotekadan çıxardığım bir mənzilin əvəzində iki mənzilin ipotekaya qoyulması tələb edilir.
Bəhruz Quliyev onlarla razılaşmadıqda Prokurorun köməkçisi Bəsti Emçiyeva telefonun dəstəyini qaldıraraq "xanım gəlsin" göstərişini verir.
Kabinetə Dilşad Əmirova daxil olur və o kabinetdəkiləri çölə çıxarıb Bəhruzla təkbətək qalır.
İnandırmağa çalışır ki, əgər MTN-in silahlı-maskalı quldurlarının, Bəsti Emçiyevanın dedikləri yerinə yetirilməzsə onu küçə qadınlarının əlilə şərlədib həbsxanaya göndərəcəklər və proseslərə birbaşa Eldar Mahmudov nəzarət edir.
Razılaşacağı halda isə bir müddətdən sonra ipotekadan çıxaracağına söz verir!?
Bəhruz Quliyev Dilşad Əmirovanın vədlərinə və bəlağətli sözlərinə inanaraq razılaşır.
VƏ yenidən mülkiyyətimdə olan iki mənzil yenidən "Azəriqazbank" ASC-yə ipotekaya qoyulur.
Zaminlər Dilşad Əmirova və onun yaxın qohumu OMON-çu Tahir Abdullayevin "arvadı" və hazırda da Tahir Həsənov adına 23 Saylı orta məktəbin rus-dili ədəbiyyat fənlərinin müəlliməsi Abdullayeva Afət Cəlal qızı olurlar.
Mülklər ipotekaya qoyulduqdan 2 ay sonra dəyəri 500.000 manat təşkil edən mənzil 98.000 manata Eldar Mahmudovun diktəsilə satışa çıxarılır və Əliyeva Mədinə Vaqif qızının adına rəsmiləşdirilir.
4.....
8 epizoddan ibarət təkzibedilməz arqumentlər hazırda Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır.
Dilşad Əmirova 2020-ci ilin sonlarında vəkilimin iştirakıyla Mənimlə görüşərkən səhv etdiyini və etdiklərinə görə üzr istəyib vurduğu maddi ziyanı ödəyəcəyinə vəd etsə də yerinə yetirmədi.
Sözsüz ki, xanım Əmirovanı yoldan azdıranlar da həmişəki kimi qırıntılarına möhtac olan bir neçə ədəd dələduz "vəkillər"olmuşdur ki, bu barədə özü həmişə ifadə edirdi...
Xanım Əmirovanın yuxarıda sadaladığım və sadalamadığım epizodlar barəsində yazılı namələrinin bir hissəsini İstintaqa təqdim etmişəm.
Bəli ölkəmizdə bir qayda olaraq RÜŞVƏT çox işləri istədiyi rakursda cilalaya bilib və bilir.
Lakin, hər şeyi yox!
Məhrumiyyətlərə, mafiyanın dövlət aparatında kök saldığı, banditizmin idarəçilik formasında fəaliyyətinin məchulluğundan asılı olmayaraq hər kəs layiq olduğu payı alacaq!
