Bu gün:


7 GÜNDÜR Kİ, “ŞKONKA”ya BAĞLI QALMIŞ MƏHKUM İNSANLIQ AXTARIR

Tarix: 25.11.2020 / 17:21  •   Oxundu: 821 dəfə  •  

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şərlənərək həbs edilmiş Pərvin Mövlud oğlu qanunsuz həbsi ilə bağlı müvafiq dövlət qurumlarına etdiyi müraciətə görə Penitensiar Xidmətin 11 sayılı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Vəli Şirinovun şəxsi qaydaları üzrə cəzalandırılaraq 7-ci gündür ki, “şkonka”ya bağlı saxlanılmışdır.

11 saylı cəzaçəkmə müəssisəsinin rəisi Vəli Şirinov Pərvini həm də zonda satılan narkotik vasitələrin əleyhinə olduğuna görə qisas aldığı bildirilir. 

Ötən gün redaksiyamıza təşrif buyuran Pərvinin anası Fatma xanımın danışdıqlarını dinləyərkən istəmədən erməni vandalizmi qapını döyür. 

Fatma xanımın söylədikləri və yazdıqları növbəti sayımızda.

Hələlik isə özümüzün apadığımız araşdırmanın bir qismini nəzərinizə çatdırırıq.

Heç deməyəsən Vəli Şirinov “nümunəvi” ədliyyə işçisi olduğuna görə vaxtından əlavə 2-ci ildir ki, öz postunda saxlanılmaqdadır. Onun “nümunəvi” əməllərinin bir qismini diqqətinizə çatdırırıq.

  1. Həmyerlisi Turqut Məmmədovu transla görüşdürür və onu təmizə çıxarmaq üçün Orxan adlı digər həmyerlisi ilə birlikdə karsa atır və zonda elə rəy formalaşdırmağa çalışır ki, guya ki, Turqut trasnsla deyil, Orxanla dalaşıb.
  2. Torqovı adlanan 4 mərtəbəli binanın bütün etajlarında müxtəlif əyləncə kabinələri fəaliyyət göstərir: topaz, qumarxana, pornoqrafik filmlər, kafe-bar və s. 

“Sevindirici hal” budur ki, həmin obyektlərin böyük bir hissəsini özünü keçmiş bozqurdçu, indiki YAP-çı Aqil Abbasın bacısı oğlu kimi təqdim edən rejim şöbəsinin rəsi müavini, ədliyyə polkovnik leytenantı Sunay idarə edir.

  1. Vəhabi təriqətinə qarşı aparılan “mübarizə” missiyası Vəlinin 1-ci  müavini İlqar Mirzəyev adlı polkovnik-leytenantın kurasiyasındadır. İlqar Mirzəyev vəhabilərdən götürdüyü kitabları, ətirləri yenidən özlərinə satmaqla Penitensiar Xidmətçilik fəaliyyətini bitmiş hesab edir. 

Zonun 50%-i vəhabi təriqətinin aktiv üzvləridir. Eyni zamanda onların mənzil şəraitinin yaxşılaşdırılması üçün də xüsusi imtiyazlarla təchiz edilmişlər. Sözsüz ki, rüşvətin fonunda.

  1. Görüş. Ədliyyə baş giziri Rafiq İbrahimov adlı şəxs nəinki məhkumlar, o eyni zamanda bütöv sistemi istədiyi kimi aldada bilmişdir. Belə ki, Rafiq İbrahimov Vəli Şirinovun biznes ortağı, qətl və digər ittihamlarla ittiham olunan və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “naryadçik” Eyvaz İbrahimovun qardaşıdır. 

Rafiq İbrahimov qazandığı pulların fonunda məhkumun yanına gələn həyat yoldaşının bacısına gözü düşmüş, öz arvadından imtina etmiş və məhkumla bacanaq olan “xoşbəxt”lərdəndir. Hətta Rafiq İbrahimov yeni arvadına Goradil kəndində yeni ev də tikib bağışlamışdır.

  1. Ciddi rejimli cəzaçəkmə müəssisələri içərisində ən çox gəlir gətirən məhz 11 saylı cəzaçəkmə müəssisəsidir. Bu məkanda ən çox pul qazanılan sahə qanun, narkotika, alkoqollu içki, VVAQ-dan kənar qanunusz görüşlər, mobil telefon biznesi, istixana, çarpayı satışındandır.

4-cü dəstənin yaşamalı olduğu və “Həkəri” insrturmental ansamblına məxsus təkcə 1 otağı 10 000 manata əslən Füzuli rayonundan  olan  Rəhmana satmışdır. Buna etiraz edən instrumental ansamblının bədii rəhbəri Zeynəb Xanlarovanın ansamblının eks-üzvlərindən biri Babək Rzayev isə 15 il günə-gün yatmağa məcbur edilmişdir.

  1. Cəzaçəkmə müəssisəsində 1300 məhkum, 2000 gözlük, 800 soyuducu vardır. Hər bir soyuducunun zona buraxılma qiyməti 700–1000 manat arasında dəyişir.

  

Ardı var...