Nazim İdeal
Tarix: 22.01.2022 / 11:44 •
Oxundu: 127 dəfə •
BU GÜNÜN TARİXİ VƏ ORDA OLMAYAYDI HEÇ KƏS !
Xanimanım Qubadlı rayonu, Çiyələkli kəndi.
Yaşamaq həvəsi burda başladı və bitdi.
Uşaq vaxtı elə düşünürdüm ki,günəş-ay-göy qurşağı,bulud,çənin deposu kəndimizin bir guşəsində yerləşir.
Hər gün öz missiyasını yerinə yetirib,qayıdır öz qalasına...
Bütün növ ağaclarla dostluq etdiyimdən,hər birinin öz nişanəsi,gözəl ətirli rahiyəsilə tanıyırdım və onların heç biri əqidəsiz deyildi.
Əgər öz missiyasını mükəmməl yerinə yetirə bilmirdisə,heç kəsə xəbər vermədən quruyardı,yəni ölərdi.
Kəndimizdəki ağacların,çiçəklərin qoxusuna da heç yerdə rast gəlmədim.
Ən çox sevdiyim çiçək bənövşə və qızılgüldür.
Bu səbəbdən də bağımızda və hətta Atamın məzarlığında bunlardan çox əkmişik.
Lakin Çiyələklinin çiyələyinin,güllərinin,ağaclarının ətrini duymadım.
Kəndimin İnsanları da Saf-Mükəmməl-Dürüst-Cəsur-Zəhmətkeş olublar.Deyilənlərə görə
Kəndimiz də ən çılğın,davakar uşaqda elə özüm olmuşam.
Elə indidə eləyəm,heç dəyişilməmişəm və heç istəmirəmdə...
Niyə dəyişilməliyəm ki?
Bir halda ki,Vicdanım və duyğularım Məni dəstəkləyir!
Kəndimiz də sevgi duyğularıda bir başqa idi.
Heç kəs roman yaşamasa da Mən öz uşaqlığımla 5-ci sinfdə oxuyarkən bir siyatel qızı "sevirdim".
Lakin,bu sevgini 20 sm məsafədən etiraf etmək imkanım yox idi.
Təkəbbür performans göstərirdi.
Düşünüb-daşındım və qərara gəldim ki,platonik sevgimi "təşviqatla" yerinə yetirim.
Dəftər kağızlarını kiçik hissəciklərə bölüb,öz imzamla özüm-özümə şər atmağa başladım:
"Nazim .... sevir"...
Həmin yazdığım kiçik kağız parçalarını "sevdiyim" qızın gəldiyi yollara səpdim.
Bizim evimiz təhsil aldığım tam orta məktəbə çox yaxın olsa da, digər şagird və müəllimlərim uzaqdan gəlirdilər.
Paranomik sevgi etirafımı yolboyu görənlər palçığa batmayan hissəciklərini yığıb gətirib verirlər müəllimlərə.
Bu günkü gün,birinci dərs saatı başladı və Qənirə müəllimə (Allah rəhmət etsin-Amin!) həmişəki kimi sinfə coşqu ilə daxil olub,kabloku üzərində fırlanıb gözlərini Mənə tuşladı və dərhalda "çıx qabağa" əmrini verdi.
Müəlliməmin əmrinə müntəzir oldum.
Kağızı göstərib soruşdu ki,bunu sən yazmısan?
Susdum...
Baxdım ki,Məndən küskün olan sinif yoldaşım qızların hamısının çöhrəsin də təbəssüm rəqsləri baş qaldırıb.
Qənirə müəllimə Atamın dayısı qızı idi və həddən çox hörmət edirdim,həm də ona görə ki, O hazırda da canımdan çox sevdiyim NƏNƏMİN simsarı idi....
Nə isə cinayət qanunvericiliyində aşkar faktların sübuta ehtiyacı yoxdur!
Heç linqivistik ekspertizaya da ehtiyac duyulmurdu.
Çün ki,xətt mənim idi....
Qənirə müəllimənin zoğal çubuğu digər müəllimələrimin çubuğundan həm ətli-canlı,həm də 2 dənə olurdu....
Əllərimi öz stolunun üzərinə qoyub nəyi var yun kimi çırpdı.
Lap yaxşı elədi.Halal xoşu olsun.
Çün ki, illərdir ki,bu əllərimlə yazdığım həqiqətləri dövlət yetkillərinə 15-20 yıldan sonra çatsa da de-yure etiraf etməyə məcbur qalmaqdadır və bu etirafları hətta dost-düşmənlərdə etiraf etməkdədirlər!
Amma,ancaq,lakin yazdıqlarım qarşısında məzlum-rəzil görkəmi alan geniş hakimiyyət resurslu məə-mırr-lar uğrunda canımdan və qanımdan keçdiyim dövlətimin adından dəfələrlə Mənə çamur atıb zindanla mükafatlandırsada, "ehtimal və mülahizə" qanunlarından başqa heç nəyə nail olmadılar!
Anlamayanda,fakt qarşısında aciz qalan da ittiham ediblər!
Məni ittiham edənlər,şər atanlar hazır da çamurlarına cavab verirlər!
Ədəd-ədəd içəri göndərilməkdədirlər...
Onlar heç zindana da layiq deyillər,inanın!
Çün ki, O zindanlar çox vaxt ən dürüst,ən ləyaqətli İnsanların həmdəmi olub...
Doğrusu bu yazını yazmağa səbəb səhər qarın yağması,sonra dəyişməsi oldu.
Göbəyimin kəsildiyi,iməklədiyim,dilə-döymə,beş daş..., oynadığım,bu günlərdə qar üstündə üzdüyüm günlərim,uşaqlıq xatirələrim oyatdı Məni.
Sözümün əsas leytmotivi isə təkcə bununla bitmir.
Bizim kənddə rayonda iş verən, yalana-yaltaqlığa könül verən bir kimsəni görmədim,tanımadım!
Düşünürəm ki, tezliklə Vətənimizə dönəydik və üstümüzdə ki,bu qədər şəri-şeytanı-namussuz-işverənlərin pis qoxusunu, çamurlarını silkələnib tökərdik!
Bir gözəl mahnı da deyildiyi kimi:"Kaş,elə bir yer olaydı,orda olmayaydı heç kəs!
Bircə sevdiyim olaydı, Mən alaydım ondan NƏFƏS!"